«    İyul 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 



Mövzulara E-mail ilə abunə ol










 

17 iyun 2010 » Azeri » Elanlar və yeniliklər » Elanlar
“Youth Beam” Ictimai Birliyi, Avropa Gənclər Fondu və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Gənclərin Beynəlxalq Görüşünü təşkil edir. 17 – 23 sentyabr, 2010 -da “Gənclərin Sülh şəraitində yaşama uğrunda Birləşməsi” Mədəniyyətlərarası və Dinlərarası Gənclər Görüşü, Azərbaycanda Quba şəhərində təşkil olunacaq.


 

Gənclər üçün Təhsil Mərkəzi Dünya Bankının maliyyə dəstəyi ilə yeni layihənin icrasına başlayıb.
Hər iki qurumun rəhbərliyi arasında “Bakıdan regionlara təhlükəsiz yol” adlı layihə üzrə müqavilə imzalanıb. İmzalanmış müqaviləyə əsasən bir neçə ay davam edəcək layihənin əsas məqsədi regionlarda yol təhlükəsizliyinə ciddi əməl olunmasını təşviq etmək, vətəndaş məsuliyyətini artırmaq, daha çox insanın yol təhlükəsizliyi haqqında məlumatlandırılmasını təmin etmək və əhalinin diqqətini yol təhlükəsizliyinə yönəltməkdir.


 

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi maraqlı tədbirlər proqramı həyata keçirib. Lent.az-ın məlumatına görə, Mərkəz bu gün regionlarda uşaq hüquqlarının təbliği məqsədilə həvəskar gənclərin iştirakı ilə maarifləndirici tamaşalar keçirib.
Füzuli və Beyləqan rayonlarında səhnəyə qoyulmuş tamaşalarda yüzlərlə məktəbli və yeniyetmə iştirak edib, onlar uşaq hüquqları və onun qorunması mexanizmi barədə praktiki məlumatlar əldə edə biliblər.


 

1 iyun 2010 » Azeri » Elanlar və yeniliklər » Elanlar
Gənclər üçün Təhsil Mərkəzi Avropa İnsan Hüquqları Məhkəməsinin 60 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Avropa Şurasının Azərbaycandakı İnformasiya Ofisinin dəstəyi ilə məqalə müsabiqəsi elan edir.
Məqalə müsabiqəsinin əsas məqsədi tələbələrin Avropa İnsan Hüquqları Məhkəməsi ilə bağlı fikir və düşüncələrini öyrənmək, təhlil etmək və ictimaiyyətə çatdırmaqdır.



 

Gənclər üçün Təhsil Mərkəzi cari ilin iyul və avqust aylarında əsas məqsədi gənclərin ekoloji biliklərinin artmasını və tərbiyə olunmasını təşviq edən “Ekoloji yay məktəbləri” təşkil edəcək.
Mərkəzdən mətbuata verilən məluamata görə, yay məktəbləri zamanı gənclərə ətraf mühitlə bağlı praktiki biliklər veriləcək, onlarla birgə müxtəlif ekoloji aksiyalar, ekskursiyalar və digər tədbirlər təşkil olunacaq.


 

Sabirabad rayonunda baş vermiş təbii fəlakətlə əlaqədar olaraq Gənclər üçün Təhsil Mərkəzi də gənclər arasında yardım aksiyalarının keçirilməsinə start verib. Məlumata görə, 3 gün ərzində 200-dən artıq gənc üçün müxtəlif geyim və ərzaq toplanıb. Toplanmış yardımlar bu gün Mərkəz əməkdaşları tərəfindən Şirvan şəhərində təbii fəlakətdən əziyyət çəkən insanlar üçün qurulmuş çadırlardakı gənclərə aparılıb.


 

Xeber24.com saytında bir ay bundan öncə keçirilməyə başlayan "Azərbaycanda hansı gənclər təşkilatının fəaliyyətini daha yüksək qiymətləndirirsiniz?" adlı sorğu başa çatdı.
Sorğuda iştirak edən 405 nəfərin 205-i (50.6%) səslərini "Gənclər üçün Təhsil Mərkəzi"nə verərək bu gənclər təşkilatını sorğunun qalibi edib.


 

Gənclər üçün Təhsil Mərkəzi ötən ilin əvvəlindən başladığı “Şagird İnkişaf Komitəsi konsepsiyası” layihəsinin növbəti mərhələsinə başladı. Əsas məqsədi şagirdlərin təhsilə marağının artırılması, təhsildən yayınan şagirdlərin məktəbə cəlb olunması, onların asudə vaxtının səmərəli təşkil olunması, ictimai aktivliklərinin artırılması və vətəndaş cəmiyyətinin inkişafı prosesinə qatılmalarını təşviq etmək olan layihə Füzuli rayonu Qayıdış qəsəbəsində icra olunur.
Layihə Açıq Cəmiyyət İnstitutunun Budapeşt ofisinin Təhsilə Dəstək Proqramının maliyyə dəstəyi ilə həyata keçirilir.


 

23 aprel 2010 » Azeri » Elanlar və yeniliklər » Elanlar
Əgər yay tətilinizi Avropanın inkişaf etmiş ölkələrindən biri olan Fransada keçirtmək istəyirsinizsə, Gənclər üçün Təhsil Mərkəzinin “Beynəlxalq Yay Düşərgələri” Proqramına müraciət edə bilərsiniz. Beynəlxalq Yay Düşərgələri Fransanın bütün şəhərlərində həyata keçirilir və uşaqlarla iş, sosial iş, incəsənət, əlillərlə iş, ekologiya və təhsil sahələrini əhatə edir.
Düşərgədə dünyanın müxtəlif ölkələrindən olan gənclər iştirak edir ki, Siz bu fürsətdən istifadə edib yeni-yeni dostlar qazana bilər, xarici dil biliklərinizi artıra və dünya görüşünüzü inkişaf etdirə bilərsiniz.
Düşərgələr zamanı iştirakçıların yemək və qalmaq xərcləri təşkilatçılar tərəfindən ödəniləcəkdir. Digər xərclər isə iştirakçılar tərəfindən ödəniləcəkdir.


 

Macarıstanın “Egyesek” Təşkilatının dəvəti ilə Gənclər üçün Təhsil Mərkəzinin nümayəndə heyəti bu gün Budapeşt şəhərinə rəsmi səfərə getmişdir.
Əsas məqsədi Azərbaycan və Macarıstan gənclər təşkilatları arasında əlaqələri inkişaf etdirmək, birgə əməkdaşlıq proqramları hazırlamaq, eləcə də “Davamlılıq inkişafda” beynəlxalq seminarında iştirak etmək olan səfər proqramı 12 gün davam edəcək.
Səfər proqramı çərçivəsində Macarıstanın bir sıra gənclər təşkilatları ilə görüşlər keçiriləcək, müzakirələr aparılacaq və 20-dən artıq ölkənin gənclər təşkilatının qatıldığı beynəlxalq seminar keçiriləcək.
Proqram çərçivəsində Azərbaycan həqiqətlərinin, eləcə də tarixi və mədəniyyətinin təqdim olunması məqsədilə “Azərbaycan günü” də keçiriləcək.






Ən çox oxunan məlumatlar

» “Gəncliyimiz və 135 illik mətbuatımız”
» "Zərərin azaldılması" layihəsi uğurla davam etdirilir
» “Könüllülük Məktəbi” yaradıldı
» "QHT Məktəbi"nin yay proqramları bitdi
» Qafqazda təhsil üzrə əməkdaşlıq
» Gənclərimiz Fransada keçirilən yay düşərgələrində fəal iştirak edirlər
» “Vətənpərvər kimdir?” sorğusunun nəticələri açıqlandı
» Məcburi köçkün məktəblilərin asudə vaxt problemi həll olunur


sorğu

GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz?
Müxtəlif təlim layihələri
Təhsilin inkişafına dəstək layihələri
Gənclərin inkişafına dəstək layihələri
Asudə vaxtın səmərəli təşkili layihələri
Sosial dəstək layihələri
Beynəlxalq əməkdaşlıq layihələri

 
  
 
Təsisçi

Foto albom

Keçidlər




Webmaster: Zaur Adigozalov
Gənclər üçün Təhsil Mərkəzi © 2010
Bütün hüquqlar qorunur