«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 



Mövzulara E-mail ilə abunə ol










 

15 avqust 2009 » Azeri » Elanlar və yeniliklər » Elanlar
Gənclər üçün Təhsil Mərkəzi 10-12 sentyabr 2009-cu il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycanda İxrac və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi ilə Heydər Əliyev adına İdman və Sərgi Kompleksində keçiriləcək 3-cü Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisində iştirak edəcək. Mərkəzin sərgidə iştirakının əsas məqsədi təhsil sahəsində həyata keçrilən layihələri, son naliyyətləri təqdim etmək və bu sektorun inkişaf etdirilməsi üçün yeni hədəf və məqsədlər müəyyən etmək, məktəbli və tələbələrin problemlərinin həllinə yönələn fəaliyyətlər təşkil etmək, təhsilin inkişafına yönələn yeni ideyalar irəli sürmək, tələbələri, şagirdləri, bir sözlə gəncləri aktiv vətəndaş cəmiyyəti quruculuğuna yönəltməkdən ibarətdir.


 

Bu gün Gənclər üçün Təhsil Mərkəzi özünün yeni “Bələdiyyələrə dəstək, özümüzə kömək” proqramına start verdi. Əsas məqsədi regionlardakı gənclər arasında bələdiyyə maarifçiliyi işini gücləndirmək olan proqramın əsas hədəfi bələdiyyələrin inkişafıdır.
Proqramın bu ilin sonunadək davam etməsi və Bakı, Sumqayıt, Siyəzən, Dəvəçi, Quba, Qəbələ, Şəki, Zaqatala, Ucar, Kürdəmir, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Biləsuvar, Füzuli, Masallı, Lənkəran və Neftçalanı əhatə etməsi nəzərdə tutulub.


 

Gənclər üçün Təhsil Mərkəzi Avropa Komissiyasının 2007-2013-cü illər üzrə “Gənclər Fəaliyyətdə” proqramı çərçivəsində Bakı və region gəncləri üçün xüsusi təlimlərin keçirilməsinə başlamışdır. Təlimlərin keçirilməsində əsas məqsəd gənclərin qeyd edilən proqram haqqında dolğun informasiya əldə etməsinə və onların həmin proqramlara qoşulmasına kömək etməkdir.
Avqust ayının ilk günlərindən başlayaraq bu günədək Bakı, Sumqayıt və Şirvan şəhərlərində təlimlərini təşkil etmiş Mərkəz, sentyabr ayının sonunadək qeyd edilən təlimlərin Gəncə, Mingəçevir, Quba, Şəki və Lənkəranda keçirilməsini də təmin edəcək.


 

Məlumat üçün bildirmək istəyirik ki, Gənclər üçün Təhsil Mərkəzinin nümayəndələri Hollandiyanın Ommen şəhərində keçirilən “Beynəlxalq Könüllülük Fəaliyyəti” adlı təlimdə iştirak edirlər. 3 həftə davam edəcək təlim kursunun əsas məqsədi beynəlxalq könüllülərlə işləyən qeyri-hökumət təşkilatlarının bilik və bacarıqlarının təkmilləşdirilməsinə kömək etməkdir.


 

Bu günlərdə İstanbul Universitetinin Tələbə Dərnəyinin dəvəti ilə Gənclər üçün Təhsil Mərkəzinin nümayəndə heyəti Türkiyəyə səfər etmişdir. Əsas məqsədi Azərbaycan və Türkiyənin tələbə və gənclər təşkilatları arasında birgə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi olan səfər proqramında Mərkəzi Rasim Ağayev və Elnur Axundov təmsil etmişdir.


 

25 iyul 2009 » Azeri » Elanlar və yeniliklər » Elanlar
Gənclər üçün Təhsil Mərkəzi “Fərqli olsaq da birlikdəyik” devizi altında Azərbaycan ərazisində yaşayan milli azlıqlardan olan gənclərin inkişafına həsr olunmuş milli təlim kursunun Avropa Şurası Avropa Gənclər Fondunın maliyyə dəstəyi vasitəsi ilə icrasını elan edir. Layihənin başlıca məqsədləri respublikanın müxtəlif regionlarında yaşayan milli azlıqlardan olan gənclərini vətəndaş cəmiyyəti, QHT idarəçiliyi, layihələrin yazılması və idarə edilməsi, liderlik qabiliyyətlərinin inkişafı istiqamətində təlimatlandırılması, onların vətəndaş cəmiyyətinə inteqrasiyasının təmin olunması və aktiv vətəndaşlıq dəyərlərinin aşılanmasıdır.


 

Gənclər üçün Təhsil Mərkəzi bu ilin aprel ayından başlayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Texniki-peşə təhsilinin inkişafına dəstək” layihəsini icra etməyə başlamışdır. Layihə ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun peşə ixtisas kadrlarına yaranan tələbatının ödənilməsi, habelə əhalinin müasir peşə təhsili almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli texniki peşə təhsili sisteminin formalaşdırılmasına xidmət etməyi və gənclərdə peşə təhsilinə həvəs oyatmağı nəzərdə tutur.


 

2009-cu ilin aprel ayından Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Regionlarda ictimai gənclər strukturlarının yaradılması və gənclər mübadiləsinin stimullaşdırılması” adlı layihənin icrasına başlamışdır. Əsas məqsədi qeyri-formal təhsil metodlarından istifadə etməklə gənclər arasında mübadilə işini təşkil etmək və yeni gənclər strukturlarının yaranmasını stimullaşdırmaqla gənclərin informasiya təminatı və məlumat şəbəkəsinin yaradılması olan bu layihə ölkəmizin əksər regionlarının gənclərini əhatə etmişdir. Belə ki, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, İsmayıllı, Şamaxı, Qəbələ, Zaqatala, Qax, Oğuz, Samux, Masallı, Astara, Yardımlı, Cəlilabad, Biləsuvar, Qazax, Tovuz, Yevlax rayonlarından, eləcə də, Mingəçevir, Sumqayıt, Lənkəran, Gəncə və Bakı şəhərlərindən olan 200 gənc layihə çərçivəsində təşkil edilmiş təlimlərin, 500-dən çox gənc isə layihənin digər fəaliyyətlərinin iştirakçısı olmuşdur.


 

28 iyun 2009 » Azeri » Elanlar və yeniliklər » Elanlar
Məlumat üçün bildiririk ki, Gənclər üçün Təhsil Mərkəzi bu günlərdə Azərbaycanda ən böyük təhsil portalını ictimaiyyətin istifadəsinə təqdim etdi.
Azərbaycan Təhsil Portalının yaradılmasında əsas məqsəd yerli və beynəlxalq təhsil sistemi haqqında informasiyaları vahid mərkəzdən ictimaiyyətə ötürməkdir.


 

Gənclər üçün Təhsil Mərkəzinin bu ilin əvvəlindən başladığı azərbaycan dili kursları bu gün başa çatıb.
Qaynar.info-nun verdiyi xəbərə görə, 30 nəfər əcnəbi vətəndaş üçün təşkil edilən 5 aylıq pulsuz kursların keçirilməsində əsas məqsəd ölkəmizdə təhsil alan və çalışan əcnəbilərin ana dilimizdə sərbəst danışmasına kömək etmək, onlara Azərbaycanın milli dəyərlərini aşılamaqdır.
Hazırda 5 aydan artıqdır davam edən kursları bitirən əcnəbilər azərbaycan dilində sərbəst danışır və bir-birlərini başa düşürlər.






Ən çox oxunan məlumatlar

» Gənc liderlərin beynəlxalq ekoloji düşərgəsi
» Sən də könüllü ol !
» “QHT Məktəbi” payız təlimlərinə başlayır
» Beynəlxalq Gənclər Günü: uğurların dəstəkləndiyi gün
» Mərkəzin 38 üzvü tələbə adını qazandı


sorğu

GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz?
Müxtəlif təlim layihələri
Təhsilin inkişafına dəstək layihələri
Gənclərin inkişafına dəstək layihələri
Asudə vaxtın səmərəli təşkili layihələri
Sosial dəstək layihələri
Beynəlxalq əməkdaşlıq layihələri

 
  
 
Təsisçi

Foto albom

Keçidlər




Webmaster: Zaur Adigozalov
Gənclər üçün Təhsil Mərkəzi © 2010
Bütün hüquqlar qorunur