Qısa müddət ərzində fəaliyyətə başlamasına baxmayaraq, "Gənclər üçün Təhsil Mərkəzi" Azərbaycanın müxtəlif regionlarında gənclərin sosial problemlərinin həlli istiqamətində konkret layihə və proqramlar həyata keçirməyə başlayıb. Gənclərin asudə vaxtlarının səmərəli təşkili, gənclərin hüquqlarının müdafiəsi, təhsil müəssisələrinə texniki kömək, peşə kurslarının yaradılması, yeni ədəbiyyatların hazırlanması, gənclər klublarının və kitabxanaların yaradılması, mədəni proqramların təşkili və s. istiqamətlərdə 500-dən çox layihə icra edən mərkəz ümumi götürsək, gənclərlə iş baxımından ən fəal təşkilatlardandır. Yeni tədris ili başlayıb. Normalda belə şəraitdə QHT-lər fəallığı artırmalı, gənclərlə iş baxımından yeni layihələri təqdim etməli, bir sözlə, gənclərin yığılan enerjisindən səmərəli istifadə etməlidilər. "Gənclər üçün Təhsil Mərkəzi"nin təsisçisi Vüsal Quliyevlə söhbətimiz də elə bu barədə oldu.
Gənclər üçün Təhsil Mərkəzi bu ilin əvvəlindən başlayaraq Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun İctimai Səhiyyə Proqramının və Qlobal Fondun maliyyə dəstəyi ilə Gənclər sağlam həyat uğrunda layihəsinin icrasını davam etdirir. Sumqayıt şəhərində həyata keçirilən layihənin əsas məqsədi gənclər arasında narkomaniya və AİDS-ə qarşı maarifləndirici, eləcə də profilaktik tədbirlərin gücləndirilməsidir.
Bu gün Gənclər üçün Təhsil Mərkəzində 15 sentyabr – Beynəlxalq Demokratiya Günü münasibətilə seminar keçirilmişdir. Seminarın keçirilməsində əsas məqsəd gənclər arasında demokratik dəyərlərin təbliğ edilməsinə, demokratik proseslərdə gənclərin fəal iştirak etməsinə kömək etmək və ictimaiyyəti 8 noyabr 2007-ci il tarixdə BMT-nin elan etdiyi “Beynəlxalq Demokratiya Günü”nü qeyd etməyə çağırmaq idi.
Gənclər üçün Təhsil Mərkəzi 10-12 sentyabr 2009-cu il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin və Azərbaycanda İxrac və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi ilə Heydər Əliyev adına İdman və Sərgi Kompleksində keçirilən 3-cü Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisində iştirak etdi. Mərkəzin sərgidə iştirakının əsas məqsədi təhsil sahəsində həyata keçrilən layihələri, son naliyyətləri təqdim etmək və bu sektorun inkişaf etdirilməsi üçün yeni hədəf və məqsədlər müəyyən etmək, məktəbli və tələbələrin problemlərinin həllinə yönələn fəaliyyətlər təşkil etmək, təhsilin inkişafına yönələn yeni ideyalar irəli sürmək, tələbələri, şagirdləri, bir sözlə gəncləri aktiv vətəndaş cəmiyyəti quruculuğuna yönəltməkdən ibarət idi.
Gənclər üçün Təhsil Mərkəzi bu günlərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi HİV/AİDS, Vərəm və Malyariya ilə mübarizə üzrə Proqramın Lahiyə Əlaqələndirmə Bürosunun maliyyə dəstəyi ilə “Malyariya xəstəliyi və onun profilaktikasına aid tədris materiallarının işlənib hazırlanmasına və bu materialların orta məktəblərin tədris proqramlarına (kurrikulumuna) daxil edilməsi” layihəsini həyata keçirməyə başlamışdır. Bu ilin sonuna qədər davam edəcək layihənin əsas məqsədi orta məktəblərdə malyariya xəstəliyi və onun prafilaktikası sahəsində maarifləndirici işləri dəstəkləməkdir.
Yaxın günlərdə Gənclər üçün Təhsil Mərkəzinin “QHT Məktəbi” payız təlimləri silsiləsinə start verəcək. 2002-ci ildən Gənclər üçün Təhsil Mərkəzi tərəfindən həyata keçirilən “QHT Məktəbi” təlimlərinin əsas məqsədi QHT nümayəndələrinin, eləcə də QHT sektoru ilə maraqlanan şəxslərin bilik və təcrübəsinin artırılmasına kömək etməkdir. Bu günədək 700-dən çox insanın iştirak etdiyi “QHT Məktəbi” təlimlərində iştirak etmək niyyətində olanlar xüsusi müraciətlər əsasında seçilir və təlimlərə qatılırlar.
Gənclər üçün Təhsil Mərkəzi sentyabr ayının sonunda Avropa Şurasının 60 illiyinə həsr olunmuş həftəlik təşkil edəcək. Həftəliyin keçirilməsində əsas məqsəd ictimaiyyətin, xüsusilə də məktəblilərin və tələbələrin Avropa Şurası və onun həyata keçirdiyi fəaliyyətlər barədə dolğun məlumatlar əldə etməsinə kömək etməkdir. Həftəlik çərçivəsində Avropa Şurası haqqında seminarların, rəsm sərgilərinin, məqalə müsabiqəsinin və film nümayişlərinin keçirilməsi planlaşdırılıb.
Gənclər üçün Təhsil Mərkəzi ötən aydan başlayaraq Avropa Gənclər Fondunun maliyyə dəstəyi ilə “Fərqli olsaq da birlikdəyik” adlı yeni layihəsi çərçivəsində Azərbaycanın müxtəlif regionlarında yaşayan milli azlıqlar üçün təlim proqramının icrasına başlamışdır. Belə ki, Mərkəz 25 nəfər müxtəlif milli azlıq qrupundan olan gənci Bakıda bir araya gətirmiş və 19-26 avqust 2009-cu il tarixində onlar üçün təlim proqramını təşkil etmişdir. Əsas məqsədi milli azlıqlardan olan gənclərin vətəndaş cəmiyyətinin inkişafı prosesində rolunu artırmaq, onların QHT idarəçiliyi, layihələrin yazılması və idarə edilməsi, liderlik qabiliyyətlərinin inkişafı istiqamətində təlimatlandırılması və aktiv vətəndaşlıq dəyərlərinin aşılanması olan təlim başa çatmışdır.
Gənclər üçün Təhsil Mərkəzi ötən aydan başlayaraq Avropa Gənclər Fondunun maliyyə dəstəyi ilə Fərqli olsaq da birlikdəyik adlı yeni layihəsi çərçivəsində Azərbaycanın müxtəlif regionlarında yaşayan milli azlıqlar üçün təlim proqramının icrasına başlayıb. Belə ki, Mərkəz 25 nəfər müxtəlif milli azlıq qrupundan olan gənci Bakıda bir araya gətirmişdir. Əsas məqsədi milli azlıqlardan olan gənclərin vətəndaş cəmiyyətinin inkişafı prosesində rolunu artırmaq, onların QHT idarəçiliyi, layihələrin yazılması və idarə edilməsi, liderlik qabiliyyətlərinin inkişafı istiqamətində təlimatlandırılması və aktiv vətəndaşlıq dəyərlərinin aşılanması olan təlimin 27 avqustadək davam etdirilməsi nəzərdə tutulub.
Gənclər üçün Təhsil Mərkəzi sentyabr ayının 1-dən etibarən Gənclər üçün İKT Məktəbi layihəsinin icrasına başlayacaq. Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə icra ediləcək layihənin əsas məqsədi Azərbaycanda qaçqın və məcburi köçkün, eləcə də internat məktəblərindəki gənclərin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində biliklərinin artırılması və zənginləşdirilməsidir.