«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 



Mövzulara E-mail ilə abunə ol










 

12 oktyabr 2009 » Azeri » Elanlar və yeniliklər » Elanlar
Gənclər üçün Təhsil Mərkəzi ictimaiyyətin təhsil sahəsində informasiyasının genişləndirilməsi məqsədilə yaratdığı internet portalının işində iştirak etmək, iş qabiliyyətlərinin inkişaf etdirilməsinə və təcrübə toplamasına kömək etmək məqsədilə gənclər üçün Təcrübə Proqramı elan edir.
Təcrübə Proqramında iştirak etmək üçün əsas kriteriyalar:
- Yüksək motivasiya, enerji, zaman və könüllü işləmək həvəsi;
- Təhsil sahəsində ümumi məlumatlılıq və ilkin iş təcrübəsi;
- Komandada işləmək bacarığı;
- Həvəskar jurnalistlik qabiliyyətinin olması;
- Kompyuter bilikləri və internetdə sərbəst işləmək bacarığı.


 

10 oktyabr 2009 » Azeri » Elanlar və yeniliklər » Press Relizlər
Bu gün Gənclər üçün Təhsil Mərkəzi tərəfindən gənclərin xaricdə təhsil almaq imkanlarının artırılmasına həsr olunmuş seminar öz işinə başlamışdır.
Seminarı giriş sözü ilə açan Mərkəzin təsisçisi Vüsal Quliyev tədbirin əsas məqsədi barədə məlumat vermişdir. Qeyd etmişdir ki, seminar gənclərin xaricdə təhsil almaq imkanlarının genişləndirməsini və bu imkanların əldə edilməsi üçün hansı addımların atılmasını onlara çatdırmaqdan ibarətdir.


 

Gənclər üçün Təhsil Mərkəzi “Gənclər üçün İKT Məktəbi” layihəsinin icrasına başladı. Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə icra edilən layihənin əsas məqsədi Azərbaycanda qaçqın və məcburi köçkün, eləcə də internat məktəblərindəki gənclərin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində biliklərinin artırılması və zənginləşdirilməsidir.
Gənclərdə İKT-yə maraq oyatmaq, İKT imkanlarından istifadə etməklə müxtəlif sahələrdə maarifləndirilmələrinə və əldə edilmiş biliklər vasitəsilə cəmiyyətin inkişafında aktiv rol oynamalarına şərait yaratmaq, onların aktiv İKT istifadəçisinə çevrilməsinə çalışmaq və s. vəzifələri öz üzərinə götürən layihənin 2000-dən artıq gənci əhatə etməsi planlaşdırılıb.
Layihə 2010-cu ilin mart ayınadək davam edəcək.


 

29 sentyabr 2009 » Azeri » Elanlar və yeniliklər » Press Relizlər
Bu günlərdə Gənclər üçün Təhsil Mərkəzinin təsisçisi Vüsal Quliyev Füzuli rayonu Qayıdış qəsəbəsində fəaliyyət göstərən orta məktəblərin direktorları ilə görüş keçirmişdir. Görüşün keçirilməsində əsas məqsəd həmin məktəblərin əsas ehtiyaclarını öyrənmək və onları Mərkəzin yaratdığı Şagird İnkişaf Komitəsinin işinə cəlb etmək idi.
Görüş zamanı məcburi köçkün məktəblilərin təhsil problemləri və onlar üçün yaradılan Şagird İnkişaf Komitəsinin prespektivləri müzakirə edildi.


 

28 sentyabr 2009 » Azeri » Elanlar və yeniliklər » Press Relizlər

Gənclər üçün Təhsil Mərkəzi bu ilin əvvəlindən başladığı “Şagird İnkişaf Komitəsi konsepsiyası” layihəsinin növbəti mərhələsinə başlamışdır. Əsas məqsədi şagirdlərin təhsilə marağının artırılması, təhsildən yayınan şagirdlərin məktəbə cəlb olunması, onların asudə vaxtının səmərəli təşkil olunması, ictimai aktivliklərinin artırılması və vətəndaş cəmiyyətinin inkişafı prosesinə qatılmalarını təşviq etmək olan layihə Füzuli rayonu Qayıdış qəsəbəsində icra olunur.
Layihə Açıq Cəmiyyət İnstitutunun Budapeşt ofisinin Təhsilə Dəstək Proqramının maliyyə dəstəyi ilə həyata keçirilir.


 

22 sentyabr 2009 » Azeri » Elanlar və yeniliklər
Gənclər üçün Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən “QHT Məktəbi” payız təlimlərinə qəbul elan edir.

Təlimlər zamanı iştirakçılara aşağıdakı mövzular tədris edilir:
- QHT fəlsəfəsi
- QHT-nin yaradılması və qeydiyyatı
- QHT idarətməsi və strukturun inkişafı
- QHT-də ictimaiyyətlə əlaqələr (PR)
- QHT-də beynəlxalq əlaqələr
- Layihə təkliflərinin hazırlanması
- Maliyyə axtarışı
- Layihələrin proqram və maliyyə idarəetməsi
- Monitorinq və qiymətləndirmə
- QHT-lərdə kargüzarlıq işinin təşkili


 

22 sentyabr 2009 » Azeri » Elanlar və yeniliklər » Press Relizlər
Dünən Gənclər üçün Təhsil Mərkəzində tələbələrin iştirakı ilə Beynəlxalq Sülh Gününə həsr olunmuş seminar keçirilmişdir. Seminarın təşkil edilməsində əsas məqsəd tələbələrin sülh quruculuğu prosesindəki rolunun artırılmasını təşviq etmək idi.
30 nəfər tələbənin iştirak etdiyi seminarda Mərkəzin proqramlar üzrə koordinatoru Samir Quliyev geniş məruzə ilə çıxış etmiş və iştirakçılarda maraq doğuran sualları cavablandırmışdır.


 

22 sentyabr 2009 » Azeri » Elanlar və yeniliklər
Əziz gənclər!

Xaricdə təhsil almaq imkanlarınızı genişləndirmək və bu imkanların əldə edilməsi üçün hansı addımların atılmasını öyrənmək istəyirsinizsə, Gənclər üçün Təhsil Mərkəzinin “Xaricdə təhsil almaq imkanları” mövzusunda seminarlarında iştirak edin.
Seminarlar Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Chevining Proqramının təqaüdçüsü Şahin Bayramov tərəfindən keçiriləcək.
Seminarlarda iştirak etmək üçün CV-nizi 01 oktyabr 2009-cu il, saat 17:00-dan gec olmayaraq aşağıdakı elektron poçt ünvanına və ya ofis ünvanına göndərin:


 

20 sentyabr 2009 » Azeri » Elanlar və yeniliklər » Hesabatlar
Hər il yüzlərlə gənc Gənclər üçün Təhsil Mərkəzinin beynəlxalq əməkdaşlıq proqramları vasitəsilə Avropanın müxtəlif ölkələrində təşkil olunan tanışlıq səfərlərində, seminar və təlimlərdə, konfrans və simpoziumlarda, sərgi və müsabiqələrdə, eləcə də yay və qış düşərgələrində iştirak edir. Bu proqramların ilbəil inkişaf etməsində və genişlənməsində Mərkəzin üzv olduğu beynəlxalq QHT şəbəkələrinin böyük rolu vardır. Belə ki, Mərkəz üzv olduğu beynəlxalq şəbəkələr vasitəsilə Avropanın müxtəlif ölkələrində təşkil edilən beynəlxalq tədbirlərdə öz üzvlərinin iştirakını təmin edir.


 

20 sentyabr 2009 » Azeri » Elanlar və yeniliklər » Press Relizlər
Ötən gün Bakı Əyləncə Mərkəzinin “Eliza” zalında Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı ilə “Əsrin müqaviləsi – regionların sosial-iqtisadi inkişafına gedən yol” mövzusunda aksiya keçirildi. Aksiyanın keçirilməsində əsas məqsəd 15 il bundan öncə imzalanmış Əsrin Müqaviləsinin bu gün regionlarımızın sosial-iqtisadi inkişafında oynadığı əvəzsiz rolu gənclərimizin diqqətinə çatdırmaq idi.
Rəsmi və bədii hissədən ibarət olan aksiyanın keçirilməsinə Səbael rayon İcra Hakimiyyəti və “Bank Respublika” ASC yaxından köməklik göstərmişdir.






Ən çox oxunan məlumatlar

» Gənc liderlərin beynəlxalq ekoloji düşərgəsi
» “QHT Məktəbi” payız təlimlərinə başlayır
» Mərkəzin 38 üzvü tələbə adını qazandı


sorğu

GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz?
Müxtəlif təlim layihələri
Təhsilin inkişafına dəstək layihələri
Gənclərin inkişafına dəstək layihələri
Asudə vaxtın səmərəli təşkili layihələri
Sosial dəstək layihələri
Beynəlxalq əməkdaşlıq layihələri

 
  
 
Təsisçi

Foto albom

Keçidlər




Webmaster: Zaur Adigozalov
Gənclər üçün Təhsil Mərkəzi © 2010
Bütün hüquqlar qorunur