«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 



Mövzulara E-mail ilə abunə ol










 

Yaxın günlərdə Gənclər üçün Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən “QHT Məktəbi” növbəti payız təlimlərinə start verəcək.
2002-ci ildə Mərkəz tərəfindən yaradılmış “QHT Məktəbi”nin həyata keçirdiyi uzunmüddətli təlimlərin əsas məqsədi QHT nümayəndələrinin, eləcə də QHT sektoru ilə maraqlanan şəxslərin bilik və təcrübəsinin artırılmasına kömək etməkdir.
Bu günədək 830 nəfərin məzun olduğu “QHT Məktəbi”nin növbəti təlim proqramında iştirak etmək niyyətində olanlar elan əsasında müraciət edib, seçiləcəklər.


 

Bu gün Gənclər üçün Təhsil Mərkəzində tələbə adını qazanmış 38 nəfər Mərkəz üzvü ilə görüş keçirilmişdir.
Görüşü giriş sözü ilə açan Mərkəzin direktor müavini Elnur Axundov orta məktəbi yeni başa vurmuş və bu il tələbə adını qazanmış üzvləri səmimi qəlbdən təbrik etmişdir. Bildirmişdir ki, tələbə adını qazanmaq yalnız bu gənclərin deyil, həm də Gənclər üçün Təhsil Mərkəzinin uğurudur. Çünki onların təhsilə marağının artırılmasında, yüksək bilik və təcrübə toplamasında Mərkəzin xüsusi xidmətləri olmuşdur.


 

Beynəlxalq “350.org” Təşkilatı 21-30 avqust 2010-cu il tarixdə Türkiyədə Gənc liderlərin beynəlxalq ekoloji düşərgəsini təşkil edir.
Avropa və Asiyadan olan gənc liderlərin iştirak etdiyi bu düşərgənin keçirilməsində məqsəd qlobal iqlim dəyişikliyi və dünyada baş verən ekoloji problemlərə gənclərin münasibətini öyrənmək, ideya və təkliflərini müəyyən etməkdir.
Bir həftə davam edəcək tədbirdə gənc liderlər üçün müxtəlif mövzularda seminarlar keçiriləcək, işçi qruplarda müzakirələr aparılacaq və təkliflər hazırlanacaq.


 

Sabah 12 avqust Beynəlxalq Gənclər Günüdür. Bu tarix 8-12 avqust 1998-ci ildə Lissabon şəhərində keçirilmiş Gənclər nazirlərinin I toplantısında qəbul edilmişdir. Bu münasibətlə bir neçə gün öncədən başlayaraq dünyanın müxtəlif ölkələrində təntənəli mərasimlər təşkil olunur və gənclərin cəmiyyətimizdə oynadığı rol dünya ictimaiyyətinə təşviq edilir.
Ölkəmizdə də Beynəlxalq Gənclər Günü münasibəti ilə Gənclər üçün Təhsil Mərkəzi və Azərbaycan Tələbələr Birliyi tərəfindən bir sıra təntənəli tədbirlər keçirilməkdədir.


 

Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sosial problemlərin həllində könüllülük fəaliyyətinin inkişafı” layihəsi çərçivəsində “Sən də könüllü ol!” maarifləndirici aksiya həyata keçirir.
Əsasən region gəncləri arasında könüllülüyün təşviq edilməsi və gücləndirilməsi məqsədi ilə həyata keçirilən aksiya gənclər arasında sosial sahələrdə könüllülük işinə maraq oyatmağı nəzərdə tutur.


 

Gənclər üçün Təhsil Mərkəzi ölkəmizin tarixi mədəniyyət obyektlərinin, incəsənət ocaqlarının, teatr və muzeylərinin, eləcə də mədəniyyət və incəsənət xadimlərimizin yerli və xarici gənclər tərəfindən yaxından tanıdılması məqsədilə “Tanıyaq, Tanıdaq” proqramının icrasına başlayır.
Proqram Azərbaycanın zəngin mədəni irsinin təbliği və onun gənclərimiz tərəfindən qorunması kimi məsuliyyətli bir öhdəliyi öz üzərinə götürür. Buna səbəb gənclərimiz arasında Azərbaycanın mədəniyyət abidələri, muzeyləri, incəsənət ocaqları, eləcə də mədəniyyət xadimləri haqqında məlumatlılığın zəif olması, gənclərin incəsənət obyektlərinə (muzey, kino, teatr) getməməsi, ölkəmizdə olan əcnəbi gənclərin də mədəniyyətimiz haqqında geniş təsəvvürə malik olmadan buradan getməsi, keçmiş filmlərimizin gənclər tərəfindən tanınmaması, ümumilikdə mədəni irsimizə və adət-ənənələrimizə gənclərin biganə münasibətidir.


 

Asudə vaxtın səmərəli təşkili uşaq və gənclərimizin gündəlik həyatlarında qarşılaşdıqları əhəmiyyətli məsələlərdəndir. İri şəhərlərimizdə müxtəlif ictimai iaşə, əyləncə və mədəniyyət ocaqlarının fəaliyyət göstərməsinə baxmayaraq, orada asudə vaxtlarını keçirənlərin sayı həddindən artıq azdır. Çünki onların əksəriyyəti pullu xidmət göstərir və gənclərimiz üçün əlverişsiz məkanda yerləşirlər.
Asudə vaxtın səmərəli təşkili problemi regionlarımızda xüsusilə nəzərə çarpır. Region gənclərinin və uşaqlarının gündəlik həyatını müşahidə etsək görərik ki, onlar asudə vaxtlarını ya evdə, ya bağ işlərində çalışmaqla, ya da çayxanalarda keçirirlər.


 

Gənclərin yay tətilini səmərəli və dəyərli keçirmələri üçün Gənclər üçün Təhsil Mərkəzinin reallaşdırdığı “Beynəlxalq Yay Düşərgələri” Proqramını özünün müsbət nəticələrini verməkdədir. Belə ki, yay mövsümü başlayandan bu günədək 26 gənc Fransanın müxtəlif şəhərlərində təşkil edilən beynəlxalq yay düşərgələrinə göndərilmişdir.
Müxtəlif ölkələrin gənclərinin də iştirak etdiyi bu düşərgələr uşaqlarla iş, sosial iş, incəsənət, əlillərlə iş, ekologiya, yenidənqurma və təhsil sahələrini əhatə edir. Yay düşərgələrinin həyata keçirilməsində əsas məqsəd gənclərin dünya görüşünün artırılmasında, yeni-yeni xarici dostlar qazanmasında, öz mədəniyyətlərini bir-birlərinə təqdim etməkdə və xarici dil biliklərinin inkişaf etdirilməsində kömək etməkdən ibarətdir.


 

Bu gün Gənclər üçün Təhsil Mərkəzinin cari ilin 15 aprelindən start verdiyi və 3 ay davam edən “Vətənpərvər kimdir?” sosioloji sorğusunun nəticələri açıqlandı.
Əsas məqsəd gənclərimizin vətənpərlik haqqında təsəvvürlərini və bu sahədə mövcud olan problemləri öyrənmək, eləcə də bunun nəticəsi olaraq tədbirlər planı hazırlamaq olan sorğu 3000-dən artıq gənci əhatə etmişdir.
Əsasən 14-25 yaş həddində olan gəncləri əhatə etmiş sorğu Bakı ilə yanaşı, 12 rayonda keçirilmişdir.
Konkret olaraq sorğunun nəticələri belədir:


 

Gənclər üçün Təhsil Mərkəzinin əməkdaşları Ukraynanın paytaxtı Kiev şəhərində keçirilən “Qafqazda təhsil üzrə əməkdaşlıq” adlı beynəlxalq konfransda iştirak edirlər.
Soros Fondunun Təhsilə Dəstək Proqramının maliyyə dəstəyi ilə keçirilən konfransın əsas məqsədi Qafqaz regionunda təhsil sahəsində QHT əməkdaşlığını gücləndirmək, birgə layihələr həyata keçirmək və vahid modellər təklif etməkdir.






Ən çox oxunan məlumatlar

» Gənc liderlərin beynəlxalq ekoloji düşərgəsi
» Sən də könüllü ol !
» “QHT Məktəbi” payız təlimlərinə başlayır
» Beynəlxalq Gənclər Günü: uğurların dəstəkləndiyi gün
» Mərkəzin 38 üzvü tələbə adını qazandı


sorğu

GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz?
Müxtəlif təlim layihələri
Təhsilin inkişafına dəstək layihələri
Gənclərin inkişafına dəstək layihələri
Asudə vaxtın səmərəli təşkili layihələri
Sosial dəstək layihələri
Beynəlxalq əməkdaşlıq layihələri

 
  
 
Təsisçi

Foto albom

Keçidlər




Webmaster: Zaur Adigozalov
Gənclər üçün Təhsil Mərkəzi © 2010
Bütün hüquqlar qorunur