www.ecy-az.org | Elanlar > 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunmuş internet aksiyaya DƏVƏT
20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunmuş internet aksiyaya DƏVƏT11 yanvar 2010 |
|
20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsidir. Bu gün tariximizə qanlı səhifə kimi daxil olmuşdur. Artıq 1990-cı il 20 yanvar hadisələrindən 20 il keçir. Gənclər üçün Təhsil Mərkəzi də faciənin 20-ci ildönümü ilə əlaqədar olaraq internet aksiya keçirmək qərarına gəlmişdir. İnternet aksiyanın keçirilməsində əsas məqsəd Azərbaycan gəncliyi adından dünya ictimaiyyətinə, xüsusilə də beynəlxalq təşkilatlara 20 Yanvar faciəsi ilə bağlı həqiqətləri çatdırmaq və 20 il öncə baş vermiş faciəyə hüquqi qiymətin verilməsini tələb etməkdir. Bu məqsədlə Vətən qarşısında olan borcumuzu qismən də olsa yerinə yetirmək üçün hamınızı aksiyada aktiv iştiraka dəvət edirik. Aksiya 19-20 yanvar 2010-cu il tarixdə Gənclər üçün Təhsil Mərkəzinin baş ofisində keçiriləcək. Aksiya zamanı əvvəlcədən müəyyən ediləcək qrafikə uyğun olaraq gənclər növbəli olaraq internet vasitəsi ilə 20 Yanvar faciəsi ilə əlaqədar məqalə, foto, bəyanat və bu kimi digər materialları dünyanın müxtəlif nöqtələrinə, beynəlxalq təşkilatların elektron ünvanlarına, populyar internet səhifələrə, əcnəbi qəzet və jurnallara göndərəcəklər. Aksiya yalnız Azərbaycanda deyil, paralel olaraq dünyanın müxtəlif ölkələrinə təhsil alan Mərkəz üzvləri tərəfindən də həyata keçiriləcəkdir. Aksiyaya qoşulmaq və iştirak etmək istəyən gənclər aşağıdakı elektron ünvanlarına 15 yanvar 2010-cu il, saat 17:00-dan gec olmayaraq öz təsdiqləyici məktublarını göndərə bilərlər: gunay@ecy-az.org office@ecy-az.org Əlaqə üçün: Günay Sadıxova direktor müavini (+994 12) 434 22 03 |