www.ecy-az.org | Press Relizlər > Mərkəz ipoteka kreditlərinə həsr olunmuş seminarlara başlayır
Mərkəz ipoteka kreditlərinə həsr olunmuş seminarlara başlayır22 dekabr 2009 |
|
Əsas məqsədi ipoteka kreditlərinin verilməsi zamanı qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilmiş proseduralar haqqında ictimaiyyəti məlumatlandırmaq olan seminarların ilkin olaraq Bakı və Sumqayıt şəhərlərində keçirilməsi planlaşdırılıb. Əsasən gənclərin iştirakını nəzərdə tutan seminarlarda iştirakçılara ipoteka kreditinin verilməsi şərtləri, növləri, tətbiq olunan güzəştlər, tələb olunan sənədlər və s. haqqında dolğun informasiyalar veriləcəkdir. Seminarlarda ipoteka kreditlərinin verilməsi ilə bağlı beynəlxalq təcrübəyə dair bilgilərə də toxunulacaqdır. Qeyd edək ki, seminarlar zamanı iştirakçılara ipoteka kreditlərinin verilməsinə dair zəruri materiallar veriləcək, eləcə də onları maraqlandıran suallar cavablandırılacaqdır. |