www.ecy-az.org | Press Relizlər > “Öyrən və təhlükəsiz ol !” proqramı başa çatdı

“Öyrən və təhlükəsiz ol !” proqramı başa çatdı


17 dekabr 2009
Gənclər üçün Təhsil Mərkəzi bu ilin əvvəlindən başladığı “Öyrən və təhlükəsiz ol !” adlı proqramına bu gün yekun vurulmuşdur.
Əsas məqsədi regionlarda məktəblilərin yol hərəkəti qaydaları haqqında bilgilərini artırmaq və onların təhlükəsizliyinin təmin olunmasına kömək etmək olan proqram ölkəmizin 24 rayonunu əhatə etmişdir.
Proqram çərçivəsində məktəblilər üçün dərsdən sonra yol hərəkəti qaydalarına həsr olunmuş praktik və nəzəri təlimlər keçirilmişdir. Təlimlər zamanı məktəblilərə yol hərəkəti nişanları, piyadanın və sürücünün vəzifələri, eləcə də onların məsuliyyəti və beynəlxalq təcrübə haqqında geniş informasiyalar verilmişdir.
Ümumilikdə proqram 4800 məktəblini əhatə etmişdir.
Proqram çərçivəsində təlimlərlə yanaşı, əyani vəsaitlər də hazırlanıb paylanmış və bir neçə maarifləndirici aksiya da keçirilmişdir.
Mərkəzin direktor müavini Elnur Axundovun verdiyi məlumata əsasən növbəti ilin əvvəlindən bu proqramın formatında bir sıra dəyişikliklər də ediləcək. Belə ki, Mərkəz rayonlara avto və veloyürüşlər etməyi, maarifləndirici aksiyalar keçirməyi, yol hərəkəti qaydalarının pozulmasının fəsadlarına dair tamaşaların səhnəyə qoyulmasını və s. planlaşdırıb.