www.ecy-az.org | Press Relizlər > Beynəlxalq İnsan Hüquqları Günü regionlarda qeyd olunur
Beynəlxalq İnsan Hüquqları Günü regionlarda qeyd olunur10 dekabr 2009 |
|
Əsasən gənclər üçün nəzərdə tutulmuş tədbirlərin əsas məqsədi hər kəsin öz konstitusion hüquqları barədə məlumatlı olmasına və onun qorumasına kömək etməkdir. Biləsuvar, Sabirabad, Saatlı, İmişli, Beyləqan və Ağcəbədi rayonlarında gənclər üçün həyata keçiriləcək təlimlərlə yanaşı, “Açıq qapı” məsləhət saatları da təşkil ediləcək. Belə ki, hər bir regionda 1 gün olmaqla, müraciət edən şəxslərə hüquqi xidmətlər göstəriləcək. Maarifləndirici tədbirlər çərçivəsində gənclər arasında insan hüquqlarına həsr olunmuş müxtəlif nəşrlər paylanacaq və bir sıra ədəbiyyatlar rayonların mərkəzi kitabxanalarına hədiyyə ediləcək. |