www.ecy-az.org | Elanlar > BRITISH COUNCIL - SORĞU

BRITISH COUNCIL - SORĞU


9 dekabr 2009




Əziz gənclər!


Gənclər üçün Təhsil Mərkəzi Sizi British Council təşkilatının “Mədəni Əlaqələr” layihəsi çərçivəsində keçirilən sorğuda fəal iştirak etməyə dəvət edir.
Sorğunun əsas məqsədi sizin İngiltərə və ölkəniz arasındakı mədəni əlaqələrə baxışlarınızı araşdırmaqdır: bu əlaqələr nə qədər möhkəm, nə qədər əhəmiyyətlidir və hansı yollarla bu əlaqələri daha da möhkəmləndirmək olar.

Sorğu üç hissədən ibarətdir:
1-ci hissə: Məhz sizə aid olan suallardan ibarətdir ki, əsas məqsəd Sizin baxışlarınızı və işlədiyiniz təşkilatı öyrənməkdir;
2-ci hissə: Sizin işlədiyiniz sektorda Böyük Britaniya və ölkəniz arasındakı əlaqələrə münasibətinizi əks etdirir;
3-cü hissə: Böyük Britaniya və ölkəniz arasındakı münasibətlərin təbiəti haqqında daha geniş düşüncələrinizi əks etdirir.

Sorğunu aşağıda verilmiş linkdən əldə edə bilərsiniz:
http://www.eloquex.com/cstransform/default...46-04DB5947C72D