www.ecy-az.org | Press Relizlər > Uşaq ili çərçivəsində görülmüş işlərlə bağlı yekun konfrans keçirildi
Uşaq ili çərçivəsində görülmüş işlərlə bağlı yekun konfrans keçirildi9 dekabr 2009 |
|
Konfransda Gənclər üçün Təhsil Mərkəzinin həm Bakı şəhərində, həm də ölkəmizin rayon və kəndlərində uşaqlarla bağlı həyata keçirdiyi fəaliyyətlərə həsr olunmuş geniş təqdimatlar edildi. Qeyd edək ki, Mərkəz bu il ərzində uşaq məsələləri ilə bağlı 11 layihə həyata keçirmişdir ki, onlar əsasən uşaq hüquqlarının təbliğinə, onların dərsdən sonrakı asudə vaxtlarının səmərəli təşkilinə, mədəniyyət təşəbbüslərinin inkişafına və sağlamlıqlarının təbliğinə həsr olunmuşdur. Konfrans zamanı Uşaq ili çərçivəsində görülmüş nümunəvi işlərdən biri kimi Füzuli rayonu 4 saylı Qayıdış qəsəbəsində yaradılmış Şagird İnkişaf Komitəsi göstərildi. Eyni zamanda Mərkəzin sağlamlıq imkanları məhdud olan uşaqlarla bağlı həyata keçirdiyi sosial qayğı tədbirləri haqqında da iştirakçılara məlumat verildi. Konfransda iştirak edən beynəlxalq təşkilat və QHT nümayəndələri Mərkəzin uşaq problemlərinin həlli sahəsində gördüyü işləri yüksək qiymətləndirdi və Mərkəzə bu işlərdə digər qurumların da dəstək verməsini tövsiyyə etdilər. Sonda bir neçə ay bundan əvvəl həyata keçirilmiş bir neçə müsabiqənin qaliblərinə diplom və hədiyyələr təqdim edilmişdir. |