www.ecy-az.org | Press Relizlər > İnternetdə AİDS-ə qarşı mübarizə aksiyası
İnternetdə AİDS-ə qarşı mübarizə aksiyası2 dekabr 2009 |
|
1 gün davam edən aksiyanın əsas məqsədi internet istifadəçilərinin AİDS-lə bağlı məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək idi. Mərkəz üzvlərinin iştirakı ilə keçirilən aksiya çərçivəsində 4200 nəfər elektron poçt istifadəçisinə AİDS və onunla mübarizə yolları haqqında materiallar göndərildi. Belə ki, Mərkəz üzvləri arasında aparılmış bölgüyə əsasən hər bir kəsin üzərinə 100-ə yaxın insanın elektron poçt ünvanına müvafiq materialları göndərmək düşürdü. Qeyd edək ki, elektron poçt ünvanlarının əsas sahibləri tələbələr və müxtəlif özəl müəssisələrdə çalışan gənclər idi. Beləliklə, hamı tərəfindən maraqla qarşılanan aksiya ümumilikdə 5000-ə yaxın insanı əhatə etdi. |