www.ecy-az.org | Press Relizlər > Məktəblilər arasında rəsm müsabiqəsi başa çatdı

Məktəblilər arasında rəsm müsabiqəsi başa çatdı


28 noyabr 2009
Gənclər üçün Təhsil Mərkəzi 26 oktyabr 2009-cu ildən 5 regionun məktəbliləri arasında xalq rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyinə həsr olunmuş rəsm müsabiqəsi elan etmişdir.
Əsas məqsədi regionlardakı məktəblilərin Azərbaycanın təsviri sənətinə, mədəniyyətinə və incəsənətinə marağının artırılması, təsviri sənətə maraq göstərən istedadların aşkar edilməsi və stimullaşdırılması olan müsabiqəyə 28 noyabr 2009-cu il tarixdə Beyləqan rayonunda yekun vurulmuşdu.
Əsasən Sabirabad, Saatlı, Beyləqan, Füzuli və İmişli rayonlarının məktəblilərini əhatə edən müsabiqəyə 58 rəsm əsəri təqdim edilmişdir.
Məktəblilərin sərbəst şərtlər əsasında hazırladıqları rəsm əsərləri əsasən vətənpərvərlik və təbiət mənzərələrinə həsr olunmuşdur.
Gənclər üçün Təhsil Mərkəzi tərəfindən yaradılmış münsiflər heyətinin verdiyi qərara əsasən müsabiqənin qalibi aşağıdakı məktəblilər olmuşdur:
1-ci yer: Günay Hümbətova – Füzuli rayonu Qayıdış qəsəbəsi (9-cu sinif);
2-ci yer: Nurlan Əzizov – Beyləqan rayonu 1-ci Şahsevən kəndi (10-cu sinif);
3-cü yer: Azər Seyidov – Saatlı rayonu Əlisoltanlı kəndi (8-ci sinif).
Müsabiqənin qalibi olmuş məktəblilərə Mərkəzin xüsusi hədiyyələri və diplomları, 5 əlavə məktəbliyə isə həvəsləndirici hədiyyə təqdim edilmişdir.
Qeyd edək ki, Mərkəz mütəmadi olaraq bu tip yaradıcı müsabiqələrin digər regionlarda da davam etdirilməsini planlaşdırır.