www.ecy-az.org | Press Relizlər > Gənclərin xarici dillərdə ünsiyyət qurmaq bacarığı artırılır
Gənclərin xarici dillərdə ünsiyyət qurmaq bacarığı artırılır23 noyabr 2009 |
|
Belə tədbirlər və proqramlar silsiləsinə Mərkəzin hər həftənin sonu təşkil etdiyi Danışıq Klubu (Conversation club) daxildir. Klubun təşkil edilməsində əsas məqsəd gənclərin xarici dillərdə ünsiyyət bacarıqlarının biliklərinin inkişaf etdirilməsinə kömək etməkdir. Gənclər üçün Təhsil Mərkəzinin direktor müavini, eləcə də Klubun əlaqələndiricisi Günay Sadıxovanın sözlərinə görə hazırda Klub onlarla gəncə xidmət edir. Belə ki, burada gənclər nəinki öz dil səviyyələrini, həmçinin tənqidi təfəkkürlərini inkişaf etdirirlər. Qeyd edək ki, Klubda danışıqlar interaktiv şəkildə keçdiyi üçün burada gənclərin debat bacarıqları da inkişaf edir. Klubda bütün müzakirə mövzuları gənclərin maraq dairəsinə uyğun olaraq seçilir. |