www.ecy-az.org | Press Relizlər > Təhsilə Dəstək Proqramının rəhbərliyi Şagird İnkişaf Komitəsində olmuşdur
Təhsilə Dəstək Proqramının rəhbərliyi Şagird İnkişaf Komitəsində olmuşdur22 noyabr 2009 |
|
Əsas məqsədi Şagird İnkişaf Komitəsinin gördüyü işlərlə tanış olmaq, gələcək planlarını və Təhsilə Dəstək Proqramının Komitədən gözləntilərini müzakirə etmək olan səfər çərçivəsində qonaqlar layihənin əhatə etdiyi məktəblərdə olmuş, keçirilən təlimlərdə iştirak etmiş, müəllim və valideynlərlə görüşmüşlər. Qonaqlar Şagird İnkişaf Komitəsinin yerləşdiyi ofislə və şagirdlər üçün təşkil etdiyi xidmətlərlə yaxından tanış edilmişdir. Qeyd edək ki, Şagird İnkişaf Komitəsi layihəsi bir ilə yaxındır ki, Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun Təhsilə Dəstək Proqramı tərəfindən maliyyələşdirilir. |