www.ecy-az.org | Press Relizlər > Region gənclərinin karyera imkanları artırılır
Region gənclərinin karyera imkanları artırılır20 noyabr 2009 |
|
Əsas məqsədi region gənclərinin iş axtarılması və rezyume (CV) hazırlanması üçün lazımi bilik və vərdişlərin aşılanması olan proqram Sabirabad, Saatlı, İmişli, Beyləqan və Füzuli rayonlarında icra ediləcək. Ümumilikdə bu ilin sonuna qədər 750 gənci əhatə edəcək proqram əmək bazarının ilkin araşdırılması yolu ilə şəxsi iş axtarma strategiyasının qurulması, şəxsi peşəkarlığın və arzu olunan karyeranın inkişaf etdirilməsi üçün zəruri olan bacarıqların obyektiv dəyərləndirilməsi, rezyume (CV) və niyyət məktubunun (cover letter) hazırlanması, həmçinin işə götürənə təqdim etmə qabiliyyətinin aşılanmasını nəzərdə tutur. Mərkəzin direktor müavini Elnur Axundovun verdiyi məlumata əsasən adı çəkilən regionlarda gənclərin təlim proqramlarına cəlb edilməsi üçün elanlar verilir və məlumatlandırma görüşləri keçirilir. Onun sözlərinə görə proqram heyəti seçimlər zamanı əsasən uzun müddət karyera imkanı məhdud olan, bu sahədə bilik və təcrübəyə malik olmayan gənclərə üstünlük verir. Qeyd edək ki, Mərkəz növbəti il üçün həmin regionlarda gənclər üçün Karyera Sərgisinin təşkilini də planlaşdırır. |