www.ecy-az.org | Press Relizlər > “Azərbaycan Konstitusiyası – 14 il” mövzusunda konfrans keçirildi
“Azərbaycan Konstitusiyası – 14 il” mövzusunda konfrans keçirildi12 noyabr 2009 |
|
Bu gün əksər vətəndaşların konstitusiya və onun cəmiyyətdəki rolundan xəbərsiz olduğunu vurğulayan tədbir iştirakçıları ali sənədin öyrənilməsi üçün ciddi işlərin görülməsinə ehtiyac olduğunu qeyd ediblər. Gənclər üçün Təhsil Mərkəzinin təsisçisi Vüsal Quliyev Azərbaycan Konstitusiyası barədə elmi işlərin hazırlanmasına, jurnalist araşdırmalarına, televiziya proqramlarına və digər maarifləndirici tədbirlərə ehtiyac olduğunu xüsusi qeyd edib. O, hər bir azərbaycanlının həm Qurani-Kərimi, həm də konstitusiyanı mükəmməl bilməsinin vacibliyini vurğulayıb. |