www.ecy-az.org | Elanlar > Məqalə müsabiqəsi - Gənclər üçün Avropa Şurası

Məqalə müsabiqəsi - Gənclər üçün Avropa Şurası


9 noyabr 2009
GƏNCLƏRİN NƏZƏRİNƏ !

Gənclər üçün Təhsil Mərkəzi Avropa Şurasının 60 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Avropa Şurasının Azərbaycandakı İnformasiya Ofisinin dəstəyi ilə “Gənclər üçün Avropa Şurası” adlı məqalə müsabiqəsi elan edir.

Məqalə müsabiqəsinin əsas məqsədi:
Gənclərin Avropa Şurası ilə bağlı fikir və düşüncələrini öyrənmək, təhlil etmək və ictimaiyyətə çatdırmaqdır.

Məqalə müsabiqəsi üçün mövzular:
- Avropa Şurası – 60 illik tarix;
- Azərbaycanın Avropa Şurasına üzv olması: tarix və zərurət;
- Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklər və real vəziyyət;
- Avropa Şurası və Azərbaycan arasında əməkdaşlıq;
- Avropa Şurası və gənclər əməkdaşlığı.
Qeyd edək ki, mövzular yalnız istiqamətverici xarakter daşıyır. Müsabiqə iştirakçıları Avropa Şurası ilə bağlı digər yaradıcı mövzulardan istifadə etməkdə sərbəstdirlər.

Müsabiqə üçün əsas tələblər:
- Məqalələr yalnız gənclər tərəfindən hazırlanmalıdır;
- Məqalələr 3 səhifədən artıq olmamaq şərti ilə, A4 formatında, kompyuterdə (12 ölçülü Times New Roman şriftində, 1 interval ilə) tərtib olunmalıdır;

Müsabiqənin dili:
Müsabiqəyə təqdim olunan məqalələr azərbaycan dilində təqdim olmalıdır.

Müsabiqənin nəticələri:
Müsabiqəyə təqdim olunacaq bütün məqalələr 10 dekabr 2009-cu il tarixindən etibarən Gənclər üçün Təhsil Mərkəzi tərəfindən yaradılmış ekspert qrupu tərəfindən nəzərdən keçiriləcək və qalib gəlmiş 3 məqalə “Tələbə” qəzetinin növbəti sayında dərc olunacaq.
Müsabiqənin nəticəsində 1-ci, 2-ci və 3-cü yerləri tutmuş gənclərə xüsusi diplom və hədiyyələr təqdim olunacaq.

Məqalələrin təqdim olunması üçün son müddət:
Məqalələr 10 dekabr 2009-cu il, saat 17:00-dək qəbul ediləcək.

Məqalələr aşağıda göstərilmiş ünvanla yanaşı, office@ecy-az.org elektron poçt ünvanına da göndərilə bilər. Məqaləni elektron poçt ünvanı ilə göndərərkən başlıq kimi “Avropa Shurasi” yazın.

Əlaqə üçün:
Əlaqələndirici şəxs: Ağayev Rasim / proqram koordinatoru
Ünvan: Bakı şəhəri, AZ 1141, Ş.Mehdiyev 93, 9-cu mərtəbə
Tel/faks: (+994 12) 434 22 03
Mob: (+994 70) 303 45 88
E-mail: rasim@ecy-az.org