www.ecy-az.org | Elanlar > "Bələdiyyələr gənclərin gözü ilə" məqalə müsabiqəsi
"Bələdiyyələr gənclərin gözü ilə" məqalə müsabiqəsi3 noyabr 2009 |
|
GƏNCLƏRİN NƏZƏRİNƏ ! Gənclər üçün Təhsil Mərkəzi bu ilin oktyabr ayından başlayaraq həyata keçirdiyi Bələdiyyələrə dəstək, özümüzə kömək proqramı çərçivəsində Bələdiyyələr gənclərin gözü ilə məqalə müsabiqəsi elan edir. Məqalə müsabiqəsinin əsas məqsədi: Gənclərin bələdiyyələrlə bağlı fikir və düşüncələrini, arzu və təkliflərini öyrənmək, təhlil etmək və ictimaiyyətə çatdırmaqdır. Məqalə müsabiqəsi üçün mövzular: Bələdiyyə və gənclər əməkdaşlığı; Bələdiyyələrin gənclərlə iş sahəsi üzrə dünya təcrübəsi; Gənclər və bələdiyyə seçkiləri; Azərbaycan bələdiyyələri: problemlər və onların həlli yolları; Vətəndaş cəmiyyətinin inkişafında bələdiyyələrin rolu; Azərbaycanın qanunvericilik sistemində bələdiyyələrin yeri. Müsabiqə üçün əsas tələblər: Məqalələr yalnız gənclər tərəfindən hazırlanmalıdır; Məqalələr 3 səhifədən artıq olmamaq şərti ilə, A4 formatında, kompyuterdə (12 ölçülü Times New Roman şriftində, 1 interval ilə) tərtib olunmalıdır; Müsabiqənin dili: Müsabiqəyə təqdim olunan məqalələr azərbaycan dilində təqdim olmalıdır. Müsabiqənin nəticələri: Müsabiqəyə təqdim olunacaq bütün məqalələr 01 dekabr 2009-cu il tarixindən etibarən Gənclər üçün Təhsil Mərkəzi tərəfindən yaradılmış ekspert qrupu tərəfindən nəzərdən keçiriləcək və qalib gəlmiş 3 məqalə Tələbə qəzetinin növbəti sayında dərc olunacaq. Müsabiqənin nəticəsində 1-ci, 2-ci və 3-cü yerləri tutmuş gənclərə Mərkəzin xüsusi diplom və hədiyyələri təqdim olunacaq. Məqalələrin təqdim olunması üçün son müddət: Məqalələr 01 dekabr 2009-cu il, saat 17:00-dək qəbul ediləcək. Məqalələr aşağıda göstərilmiş ünvanla yanaşı, office@ecy-az.org elektron poçt ünvanına da göndərilə bilər. Məqaləni elektron poçt ünvanı ilə göndərərkən başlıq kimi Bələdiyyə yazın. Əlaqə üçün: Əlaqələndirici şəxs: Ağayev Rasim / proqram koordinatoru Ünvan: Bakı şəhəri, AZ 1141, Ş.Mehdiyev 93, 9-cu mərtəbə Tel/faks: (+994 12) 434 22 03 Mob: (+994 70) 303 45 88 E-mail: rasim@ecy-az.org |