www.ecy-az.org | Press Relizlər > Gənclərin internet resurslarından səmərəli istifadəsi təbliğ olunur
Gənclərin internet resurslarından səmərəli istifadəsi təbliğ olunur3 noyabr 2009 |
|
Əsas məqsədi Azərbaycanda qaçqın və məcburi köçkün, eləcə də internat məktəblərindəki gənclərin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində biliklərinin artırılması və zənginləşdirilməsi olan layihə çərçivəsində hədəf ərazilərdəki gənclər üçün internet resurslarından səmərəli istifadəyə həsr olunmuş praktik təlimlər keçirilir. Təlimlərdə iştirakçılara İKT imkanlarından, xüsusilə də internet resurslarından (elektron poçtlar, facebook, skype, axtarış sistemləri və s.) istifadə qaydaları tədris edilir. Qeyd edək ki, təlimlərin keçirilməsi zamanı internet resurslarından istifadənin səmərəliliyinə xüsusi diqqət yetirilir. Gənclərdə İKT-yə maraq oyatmaq, İKT imkanlarından istifadə etməklə müxtəlif sahələrdə maarifləndirilmələrinə və əldə edilmiş biliklər vasitəsilə cəmiyyətin inkişafında aktiv rol oynamalarına şərait yaratmaq, onların aktiv İKT istifadəçisinə çevrilməsinə çalışmaq və s. vəzifələri öz üzərinə götürən layihənin 2000-dən artıq gənci əhatə etməsi planlaşdırılıb. |