www.ecy-az.org | Press Relizlər > Texniki-peşə təhsilli insanlara tələbat artır
Texniki-peşə təhsilli insanlara tələbat artır29 oktyabr 2009 |
|
Hazırda layihə çərçivəsində texniki peşə təhsilinin ictimai statusunun yüksəldilməsi, gənclərdə texniki peşə təhsilinə həvəsin oyadılması, texniki peşə təhsilinin inkişafında beynəlxalq təcrübənin öyrənilməsi, texniki peşə təhsilli mütəxəssislərlə müvafiq biznes qurumları arasında əməkdaşlığın yaradılması və texniki peşə təhsili ilə bağlı normativ hüquqi aktlar bazasının formalaşdırılması istiqamətində fəaliyyətlər həyata keçirilir. Artıq layihə özünün konkret bəhrəsini verməyə başlamışdır. Belə ki, 22 müxtəlif texniki şirkət özünün kadr seçimi qaydalarında dəyişikliklər etmiş və müraciət edən şəxslərin texniki-peşə təhsilli olmasını vacib şərt kimi müəyyən etmişdir. Eləcə də, biznes qurumlarının texniki-peşə məktəbləri ilə əməkdaşlıq imkanları artırılmış, təhsil alan gənclərin həmin müəssisələrdə praktika keçmələrinə və gələcəkdə işlə təmin olunmalarına razılıq alınmışdır. Qeyd edək ki, icra edilən layihə ölkə iqtisadiyyatının peşə-ixtisas kadrlarına olan ehtiyacının ödənilməsində mühüm rol oynamaqdadır. Hazırda respublikada 114 texniki peşə təhsili müəssisəsi mövcuddur. Onlardan 7-si işğal olunmuş ərazilərdə fəaliyyət göstərmiş və hazırda fəaliyyəti dayandırılmış peşə məktəbləridir. Fəaliyyət göstərən texniki peşə təhsili müəssisələrindən 47-si peşə liseyi, 60-ı isə peşə məktəbidir. Respublikanın peşə məktəbi və peşə liseylərində 101 peşə üzrə 23 mindən artıq şagird təhsil alır. |