www.ecy-az.org | Press Relizlər > QHT Məktəbinin payız təlimləri başladı
QHT Məktəbinin payız təlimləri başladı27 oktyabr 2009 |
|
2002-ci ildən Gənclər üçün Təhsil Mərkəzi tərəfindən həyata keçirilən QHT Məktəbi təlimlərinin əsas məqsədi QHT nümayəndələrinin, eləcə də QHT sektoru ilə maraqlanan şəxslərin bilik və təcrübəsinin artırılmasına kömək etməkdir. Bu günədək 700-dən çox insanın iştirak etdiyi QHT Məktəbi təlimlərində iştirak etmək niyyətində olanlar xüsusi müraciətlər əsasında seçilir və təlimlərə qatılırlar. Təlimlər zamanı iştirakçılara aşağıdakı mövzular tədris edilir: - QHT fəlsəfəsi və QHT nədir - QHT-nin yaradılması və qeydiyyatı - QHT idarətməsi və strukturun inkişafı - QHT-də ictimaiyyətlə əlaqələr (PR) - QHT-də beynəlxalq əlaqələr - Layihə təkliflərinin hazırlanması - Maliyyə axtarışı - Layihələrin proqram və maliyyə idarəetməsi - Monitorinq və qiymətləndirmə - QHT-lərdə kargüzarlıq işinin təşkili Qeyd edək ki, təcrübəli təlimçilər tərəfindən keçirilən QHT Məktəbinin payız təlimləri 2 ay davam edəcək. Ötən gün 2 qrupda başlayan ilk dərslərə ümumilikdə 50 nəfər iştirakçı seçilmişdir. İlk dərs Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər doktoru Eldar Aslanov tərəfindən keçirilmişdir. Qeyd edək ki, payız təlimlərinin sonunda əvvəlki illərdən fərqli olaraq QHT Məktəbi iştirakçılarının əldə etdiyi biliklərin qiymətləndirilməsi sorğu vərəqələri vasitəsi ilə deyil, xüsusi imtahan prosesi ilə keçiriləcək. Bu prosesi müvəffəqiyyətlə başa vuranlara Gənclər üçün Təhsil Mərkəzinin diplomları təqdim ediləcək. |