www.ecy-az.org | Press Relizlər > Region gənclərinin inkişafına dəstək proqramı başladı
Region gənclərinin inkişafına dəstək proqramı başladı13 oktyabr 2009 |
|
Əsas məqsədi region gənclərinin vətəndaş cəmiyyətinin inkişafı prosesində aktiv rolunu təşviq etmək, onların sosial ehtiyaclarını öyrənmək və həllinə çalışmaq olan proqramın 2 il müddətinə icra edilməsi planlaşdırılıb. Proqram 2 mərhələ olmaqla, Azərbaycanın 24 rayonunu əhatə edəcək. Proqramın birinci mərhələsində 24 rayonun hər birində gənclər qrupları arasında görüşlər və qiymətləndirmə sorğuları keçiriləcək, onların ehtiyac və təklifləri öyrəniləcəkdir. İkinci mərhələdə isə öyrənilmiş ehtiyaclara əsasən layihə və tədbirlər həyata keçiriləcək. Proqram Füzuli, Beyləqan, İmişli, Biləsuvar, Saatlı, Sabirabad, Hacıqabul, Şirvan, Kürdəmir, Ucar, Ağdaş, İsmayıllı, Ağsu, Şamaxı, Qəbələ, Şəki, Balakən, Qax, Gəncə, Qazax, Şəmkir, Tovuz, Xaçmaz və Siyəzən rayonlarını əhatə etməklə, minlərlə gəncin həyatında müsbət dəyişikliklər etməyi nəzərdə tutur. Qeyd edək ki, Gənclər üçün Təhsil Mərkəzi icra ediləcək proqram çərçivəsində özünün bir neçə regional ofisinin yaradılmasını və bu ofislər vasitəsilə gənclər üçün müxtəlif təhsil və sosial xidmətlər göstərilməsini planlaşdırır. |