www.ecy-az.org | Press Relizlər > Gənclərin xaricdə təhsil almaq imkanları artırılır
Gənclərin xaricdə təhsil almaq imkanları artırılır10 oktyabr 2009 |
|
Seminarı giriş sözü ilə açan Mərkəzin təsisçisi Vüsal Quliyev tədbirin əsas məqsədi barədə məlumat vermişdir. Qeyd etmişdir ki, seminar gənclərin xaricdə təhsil almaq imkanlarının genişləndirməsini və bu imkanların əldə edilməsi üçün hansı addımların atılmasını onlara çatdırmaqdan ibarətdir. Daha sonra seminar Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Chevining proqramının təqaüdçüsü Şahin Bayramov tərəfindən davam etdirilmişdir. O, seminar iştirakçılarına ən yaxşı xarici universitetlər, onlara müraciət forması, həmin universitetlərə qəbul qaydaları və müxtəlif təhsil proqramları haqqında ətraflı məlumat vermişdir. 100 nəfərə yaxın gəncin iştirak etdiyi seminarda iştirakçılara zəruri materiallar paylanmış və onların sualları cavablandırılmışdır. Sonda V.Quliyev bu seminarların davamlı olacağını və yaxın vaxtlarda Mərkəzdə xaricdə təhsillə bağlı məsləhət xidmətinin yaradılacağını bildirmişdir. |