www.ecy-az.org | Press Relizlər > Gənclərimiz Fransada keçirilən yay düşərgələrində fəal iştirak edirlər

Gənclərimiz Fransada keçirilən yay düşərgələrində fəal iştirak edirlər


27 iyul 2010
Gənclərin yay tətilini səmərəli və dəyərli keçirmələri üçün Gənclər üçün Təhsil Mərkəzinin reallaşdırdığı “Beynəlxalq Yay Düşərgələri” Proqramını özünün müsbət nəticələrini verməkdədir. Belə ki, yay mövsümü başlayandan bu günədək 26 gənc Fransanın müxtəlif şəhərlərində təşkil edilən beynəlxalq yay düşərgələrinə göndərilmişdir.
Müxtəlif ölkələrin gənclərinin də iştirak etdiyi bu düşərgələr uşaqlarla iş, sosial iş, incəsənət, əlillərlə iş, ekologiya, yenidənqurma və təhsil sahələrini əhatə edir. Yay düşərgələrinin həyata keçirilməsində əsas məqsəd gənclərin dünya görüşünün artırılmasında, yeni-yeni xarici dostlar qazanmasında, öz mədəniyyətlərini bir-birlərinə təqdim etməkdə və xarici dil biliklərinin inkişaf etdirilməsində kömək etməkdən ibarətdir.
Avqustun sonunda bitəcək yay düşərgələri gənclərimizlə yanaşı? ölkəmiz üçün də xüsusi əhəmiyyətə malikdir. Çünki düşərgədə iştirak edən yüzlərlə aktiv əcnəbi gənc Azərbaycan haqqında geniş məlumatlar toplayır, onun tarixi və mədəniyyəti ilə yaxından tanış olurlar.
Qeyd edək ki, Fransanın müxtəlif şəhərlərində keçirilən hər bir düşərgədə 1 gün “Azərbaycan günü” elan edilir.