www.ecy-az.org | Press Relizlər > Qafqazda təhsil üzrə əməkdaşlıq
Qafqazda təhsil üzrə əməkdaşlıq21 iyul 2010 |
|
Soros Fondunun Təhsilə Dəstək Proqramının maliyyə dəstəyi ilə keçirilən konfransın əsas məqsədi Qafqaz regionunda təhsil sahəsində QHT əməkdaşlığını gücləndirmək, birgə layihələr həyata keçirmək və vahid modellər təklif etməkdir. Konfransda iştirak edən Mərkəzin direktor müavini Elnur Axundov və insan resursları bölməsinin rəhbəri Rasim Ağayev 2 il bundan öncə Təhsilə Dəstək Proqramının maliyyələşdirdiyi və Füzuli rayonunda icra edilən uzunmüddətli layihəni təqdim etmiş, onun nəticələri barədə iştirakçılara məlumatlar vermişlər. Konfransda növbəti illər üzrə birgə əməkdaşlıq imkanları müzakirə edilmiş və təkliflər verilmişdir. Qeyd edək ki, regional və beynəlxalq təhsil layihələrinin həyata keçirilməsi üçün səmərəli imkanlar yaradan bu Konfrans ötən illərdə də Avstriyada keçirilmişdir. Kievdə RUS otelində keçirilən konfrans sabah öz işinə yekun vuracaq. |