www.ecy-az.org | Press Relizlər > Gəncliyimiz və 135 illik mətbuatımız
Gəncliyimiz və 135 illik mətbuatımız14 iyul 2010 |
Bu gün Gənclər üçün Təhsil Mərkəzi və onun mətbu orqanı olan Tələbə qəzetinin birgə təşəbbüsü ilə Gəncliyimiz və 135 illik mətbuatımız adlı dəyirmi masa keçirilmişdir. Əsas məqsədi gənclərimizin milli mətbuatın inkişafında oynaya biləcəyi rolu və gələcəkdə verə biləcəklərin töhfələri müzakirə etmək olan tədbir milli mətbuatımızın 135 illik tədbirləri çərçivəsində keçirilmişdir. Dəyirmi masanı giriş sözü ilə açan Mərkəzin direktor müavini Elnur Axundov milli mətbuatımızın keçdiyi 135 illik tarixi yol haqqında məlumat verərək, bu prosesdə fəal iştirak edən tarixi şəxsiyyətlərimiz və onların fəaliyyəti barədə danışmışdır. Dəyirmi masada iştirak edənlər də tədbirin əhəmiyyəti barədə danışaraq, Əkinçi qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatının bütün dövrlərdə həqiqət carçısı olduğunu və xalqımızın maariflənməsində mühüm rol oynadığını qeyd etmişlər. Dəyirmi masa iştirakçılarının böyük əksəriyyəti bu gün gənclərimizin milli mətbuatın inkişafında oynadığı roldan razı olmadıqlarını və bu prosesdə passiv mövqe tutduqlarını da vurğulamışdılar. Qeyd etmişdilər ki, bu gün çox az gənc tapmaq olar ki, mətbuat orqanına rəhbərlik edir, mətbu orqanı yaradır, öz inkişafını mətbuatda görür. Eləcə də, bu gün çox az mətbu orqanı tapmaq olar ki, əsasən gənclər məsələlərini işıqlandırır. Bu səbəbdən də dəyirmi masa iştirakçıları fürsətdən istifadə edib müasir gənclərimizi mətbuatın inkişafına biganə qalmamağa səsləmişlər. |