www.ecy-az.org | Press Relizlər > "QHT Məktəbi"nin yay proqramları bitdi
"QHT Məktəbi"nin yay proqramları bitdi12 iyul 2010 |
|
Əsas məqsədi QHT fəlsəfəsini, konsepsiyasını, prinsiplərini təbliğ edən və QHT nümayəndələrinin bilik və bacarığını artırmaq istiqamətində fəaliyyətlər həyat keçirmək olan QHT Məktəbinin təqdimat mərasimini giriş sözü ilə açan Mərkəznin direktor müavini Elnur Axundov proqram haqqında geniş məlumat vermiş, uğur və nəailiyyətləri tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. O, bildirmişdir ki, QHT Məktəbi artıq 7-ci ildir ki, fəaliyyət göstərir və bu günədək 810 nəfər bu Məktəbin məzunu ola bilib. O, eyni zamanda bildirib ki, Məktəb dörd istiqamətdə fəaliyyət həyata keçirir. Buraya QHT-lərin yaradılması və idarə olunması sahəsində təlimlərin təşkili, məsləhət xidmətlərinin keçirilməsi, təcrübə proqramlarının təşkili və informasiya kampaniyalarının keçirilməsi daxildir. Tədbirdə iştirak edən qonaqlar da Məktəbin əhəmiyyətindən danışıb və bildiriblər ki, burada iştirak edən insanlar gələcəkdə hansı sahədə fəaliyyət göstərmələrindən asılı olmayaraq cəmiyyətin fəal üzvlərinə çevriləcəklər. Təqdimat mərasiminin sonunda təlimi uğurla bitirən 30 nəfərə şəhadətnamə təqdim olunmuşdur. |