www.ecy-az.org | Press Relizlər > "Zərərin azaldılması" layihəsi uğurla davam etdirilir
"Zərərin azaldılması" layihəsi uğurla davam etdirilir8 iyul 2010 |
|
Sumqayıt şəhərində həyata keçirilən layihənin əsas məqsədi gənclər arasında narkomaniya və AİDS-ə qarşı maarifləndirici, eləcə də profilaktik tədbirlərin gücləndirilməsidir. Sentyabr ayının sonunadək davam etdiriləcək layihə çərçivəsində Sumqayıt şəhərində yardım məntəqəsi yaradılmışdır ki, bu da öz növbəsində layihə fəaliyyətlərinin reallaşdırılmasına xidmət edir. Yaradılmış məntəqə gənclər üçün təlimlər və profilaktik tədbirlər təşkil etməklə yanaşı, narkotikə aludə olan gənclərin həkimlərə göndərilməsini, psixoloji və hüquqi yardımlar almasını tənzimləyir. Qeyd edək ki, bu günədək 3800-dən çox gənc bu layihənin həyata keçirdiyi fəaliyyətlərdən birbaşa bəhrələnmişdir. Mərkəzin mətbuat xidmətinin məlumatına əsasən layihənin ictimai əhəmiyyətliliyini nəzərə alaraq növbəti ildə Sumqayıt şəhərində narkotik istifadəçisi olan və artıq istifadəçisi olmuş gənclər üçün asudə vaxtın səmərəli təşkili mərkəzinin yaradılması nəzərdə tutulur. Yaradılması planlaşdırılan mərkəz vasitəsilə həmin gənclərin peşə bacarıqlarının artırılmasına, müxtəlif təlimlər keçməsinə, informasiya kommunikasiya texnologiyalarından sərbəst istifadə etmələrinə köməklik göstəriləcək. |