www.ecy-az.org | Press Relizlər > Könüllülük Məktəbi yaradıldı
Könüllülük Məktəbi yaradıldı7 iyul 2010 |
|
Region gəncləri arasında könüllülüyün təşviq edilməsi və gücləndirilməsi məqsədi ilə həyata keçirilən layihə çərçivəsində Könüllülük Məktəbinin yaradılması müxtəlif regionlar üzrə təlimçilər qrupunun formalaşdırılmasını və həyata keçirilən təlimləri əlaqələndirməyi nəzərdə tutur. Bu gündən Məktəb 6 regionun hər birindən 2 nəfər olmaqla Bakı şəhərində 1 həftəlik təlimçilərin hazırlanması məqsədilə xüsusi proqram təşkil etməyə başlamışdır. Proqram çərçivəsində hazırlanan təlimçilər üçün müasir təlim metodları, interaktivliyin təmin olunması, informasiyanın düzgün çatdırılması, komanda ilə işləmək bacarığı və s. öyrədiləcək. Məktəb bu proqramları mütəmadi olaraq təşkil etməklə, digər regionların gənclərini də əhatə etməyi planlaşdırır. Qeyd edək ki, layihə çərçivəsində əsasən gənclərdə könüllülük işinə maraq oyatmaq, zəruri təbliğat və maarifləndirmə işləri aparmaq, könüllü təşəbbüsləri üzə çıxarmaq, onları dəstəkləmək, könüllülər qrupu formalaşdırmaq və birgə layihələr icra etmək nəzərdə tutulub. |