www.ecy-az.org | Elanlar > “Gənclərin Sülh şəraitində yaşama uğrunda Birləşməsi” mövzusunda Beynəlxalq Seminar

“Gənclərin Sülh şəraitində yaşama uğrunda Birləşməsi” mövzusunda Beynəlxalq Seminar


17 iyun 2010
17 – 23 sentyabr, 2010 -da “Gənclərin Sülh şəraitində yaşama uğrunda Birləşməsi” Mədəniyyətlərarası və Dinlərarası Gənclər Görüşü, Azərbaycanda Quba şəhərində təşkil olunacaq. Tam yol xərclərinin (70%)-i, yerləşmə və qidalanma xərcləri təşkilatçılar tərəfindən ödəniləcək.

“Youth Beam” ctimai Birliyi, Avropa Gənclər Fondu və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Gənclərin Beynəlxalq Görüşünü təşkil edir.

Layihə "Ertoba" İctimai İttifaqı (Gürcüstan ), Gənclər və Regional İnkişaf Assosiasiyası (Rumınya) və "Centro Solidarietà Terzo Settore” (İtaliya) təşkilatlarının birgə əməkdaşlığı ilə həyata keçirilir. Layihə çərçivəsində Azərbaycan, Gürcüstan, Türkiyə, Estoniya, İtaliya, Rumınya, Yunanıstan, Litva, Albaniya, Moldova və İsraildən olan gənc nümayəndələrin millətlərarası münasibətlərin inkişafı və millətlərarası anlaşma, sülh şəraitində yaşama və s. bu kimi məsələlər üzrə müzakirələr aparacağı nəzərdə tutulub.

Tam yol xərclərinin (70 %)-i, yerləşmə və qidalanma xərcləri təşkilatçılar tərəfindən ödəniləcək.

Maraqlananlar öz anket-ərizələrini youthbeam@yahoo.com poçt ünvanına göndərə bilərlər.

Ərizələrin son qəbul tarixi 5 avqust 2010-cu ildir.