www.ecy-az.org | Elanlar > Hüquq və beynəlxalq hüquq fakültəsinin tələbələrinin nəzərinə!
Hüquq və beynəlxalq hüquq fakültəsinin tələbələrinin nəzərinə!1 iyun 2010 |
|
Məqalə müsabiqəsinin əsas məqsədi: Tələbələrin Avropa İnsan Hüquqları Məhkəməsi ilə bağlı fikir və düşüncələrini öyrənmək, təhlil etmək və ictimaiyyətə çatdırmaqdır. Məqalə müsabiqəsi üçün mövzular: Müsabiqə iştirakçıları Avropa İnsan Hüquqları Məhkəməsi ilə bağlı müxtəlif mövzulardan istifadə etməkdə sərbəstdirlər. Müsabiqə üçün əsas tələblər: - Məqalələr yalnız hüquq və beynəlxalq hüquq fakültəsində təhsil alan bakalavr və magistlər tərəfindən hazırlanmalıdır; - Məqalələr 3 səhifədən artıq olmamaq şərti ilə, A4 formatında, kompyuterdə (12 ölçülü Times New Roman şriftində, 1 interval ilə) tərtib olunmalıdır; Müsabiqənin dili: Müsabiqəyə təqdim olunan məqalələr azərbaycan dilində təqdim olmalıdır. Müsabiqənin nəticələri: Müsabiqəyə təqdim olunacaq bütün məqalələr 21 iyun 2010-cu il tarixindən etibarən Gənclər üçün Təhsil Mərkəzi tərəfindən yaradılmış ekspert qrupu tərəfindən nəzərdən keçiriləcək və qalib gəlmiş 3 məqalə Tələbə qəzetinin növbəti sayında dərc olunacaq. Müsabiqənin nəticəsində 1-ci, 2-ci və 3-cü yerləri tutmuş gənclərə xüsusi diplom və hədiyyələr təqdim olunacaq. Məqalələrin təqdim olunması üçün son müddət: Məqalələr 18 iyun 2010-cu il, saat 17:00-dək qəbul ediləcək. Məqalələr aşağıda göstərilmiş ünvanla yanaşı, office@ecy-az.org elektron poçt ünvanına da göndərilə bilər. Məqaləni elektron poçt ünvanı ilə göndərərkən başlıq kimi Avropa İnsan Huquqlari Mehkemesi yazın. Əlaqə üçün: Əlaqələndirici şəxs: Elnur Axundov Ünvan: Bakı şəhəri, AZ 1141, Ş.Mehdiyev 93, 9-cu mərtəbə Tel/faks: (+994 12) 434 22 03 Mob: (+994 55) 254 45 43 E-mail: elnur@gtm.az www.gtm.az |