www.ecy-az.org | Press Relizlər > Şagird İnkişaf Komitəsi modeli regionlarda inkişaf etdirilir
Şagird İnkişaf Komitəsi modeli regionlarda inkişaf etdirilir28 aprel 2010 |
|
Layihə Açıq Cəmiyyət İnstitutunun Budapeşt ofisinin Təhsilə Dəstək Proqramının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin effektiv icra edilməsi, eləcə də Komitənin işinin səmərəli təşkili məqsədilə Füzuli rayon Qayıdış qəsəbəsinin 4 saylı məktəbində xüsusi yer ayrılmışdır. Buraya zəruri texniki avadanlıqlar, xüsusilə də ofis və kompyuter avadanlıqları təqdim edilmişdir. 2 ilə yaxın müddətdir ki, Komitə Füzuli rayonunda şagirdlər üçün müxtəlif təlim proqramları və kurslar tədris edir, müəllim-valideyn münasibətlərinin inkişaf etdirilməsinə, məktəb və şagird əlaqələrinin möhkəmləndirilməsinə dəstək verir, müxtəlif nəşrlər hazırlayır, festival və müsabiqələr, tanınmış ziyalılarla məktəblilərin görüşlərini keçirir. Hazırda Komitədə layihənin yeni mərhələsinə, valideynlərlə iş, qazanılmış təcrübənin digər regionlara ötürülməsinə və yeni əməkdaşlıqların qurulması prosesinə başlamışdır. Belə ki, bu mərhələdə valideynlərin Komitənin işində yaxından iştirak etməsi və bunun üçün xüsusi tədbirlərin həyata keçirilməsi, əldə olunmuş uğurların digər regionlarda davam etdirilməsi nəzərdə tutulur. |