www.ecy-az.org | Elanlar > ELAN - Fransada "Beynəlxalq Yay Düşərgəsi"
ELAN - Fransada "Beynəlxalq Yay Düşərgəsi"23 aprel 2010 |
|
Əgər yay tətilinizi Avropanın inkişaf etmiş ölkələrindən biri olan Fransada keçirtmək istəyirsinizsə, Gənclər üçün Təhsil Mərkəzinin Beynəlxalq Yay Düşərgələri Proqramına müraciət edə bilərsiniz. Beynəlxalq Yay Düşərgələri Fransanın bütün şəhərlərində həyata keçirilir və uşaqlarla iş, sosial iş, incəsənət, əlillərlə iş, ekologiya və təhsil sahələrini əhatə edir. Düşərgədə dünyanın müxtəlif ölkələrindən olan gənclər iştirak edir ki, Siz bu fürsətdən istifadə edib yeni-yeni dostlar qazana bilər, xarici dil biliklərinizi artıra və dünya görüşünüzü inkişaf etdirə bilərsiniz. Düşərgələr zamanı iştirakçıların yemək və qalmaq xərcləri təşkilatçılar tərəfindən ödəniləcəkdir. Digər xərclər isə iştirakçılar tərəfindən ödəniləcəkdir. Düşərgələrdə iştirak etmək üçün aşağıdakılar tələb olunur: - İngilis dilini bilmək (danışıq səviyyəsində) - Xarici pasport - Valideynlərin razılığı - Könüllülük həvəsi - Səfər xərclərini ödəmək imkanı Düşərgə haqqında əlavə məlumat almaq və düşərgədə iştirak etmək niyyətində olan şəxslər Gənclər üçün Təhsil Mərkəzinin Beynəlxalq əlaqələr bölməsinə müraciət edə bilər. Əlaqə üçün: Ünvan: Bakı şəhəri, Ş.Mehdiyev 93, otaq 914-915. (Torpaq Komitəsinin yanı) Tel/faks: (+994 12) 434 22 03 Mobil: (+994 55) 5466586 E-mail: office@ecy-az.org Əlaqələndirici şəxs: Rasim Ağayev |