www.ecy-az.org | Press Relizlər > Macarıstan və Azərbaycan gəncləri arasında əməkdaşlıq yeni mərhələdədir
Macarıstan və Azərbaycan gəncləri arasında əməkdaşlıq yeni mərhələdədir21 aprel 2010 |
|
Əsas məqsədi Azərbaycan və Macarıstan gənclər təşkilatları arasında əlaqələri inkişaf etdirmək, birgə əməkdaşlıq proqramları hazırlamaq, eləcə də Davamlılıq inkişafda beynəlxalq seminarında iştirak etmək olan səfər proqramı 12 gün davam edəcək. Səfər proqramı çərçivəsində Macarıstanın bir sıra gənclər təşkilatları ilə görüşlər keçiriləcək, müzakirələr aparılacaq və 20-dən artıq ölkənin gənclər təşkilatının qatıldığı beynəlxalq seminar keçiriləcək. Proqram çərçivəsində Azərbaycan həqiqətlərinin, eləcə də tarixi və mədəniyyətinin təqdim olunması məqsədilə Azərbaycan günü də keçiriləcək. Səfərdə Gənclər üçün Təhsil Mərkəzinin direktor müavinləri Elnur Axundov və Günay Sadıxova, beynəlxalq əlaqələr bölməsinin əməkdaşları Ayxan Zahidov və Nurlan Əhmədov iştirak edirlər. |