www.ecy-az.org | Press Relizlər > Region gənclərinin məşğulluq imkanlarının artırılması üçün informasiya təminatı və məlumat xidməti yaradıldı
Region gənclərinin məşğulluq imkanlarının artırılması üçün informasiya təminatı və məlumat xidməti yaradıldı13 aprel 2010 |
|
Əsas məqsədi məhz region gənclərinin işsizlik probleminin aradan qaldırılmasına, onların məşğulluq imkanlarının artırılmasına və genişləndirilməsinə kömək etmək olan layihə 10 regionda həyata keçirilir. Sabirabad, Saatlı, Kürdəmir, Ucar, Şirvan, Hacıqabul, İmişli, Beyləqan, Biləsuvar və Füzuli rayonlarını əhatə edən layihə əsasən bu regionlarda məşğulluq imkanları tamamilə zəif olan gənclərlə işləməyi nəzərdə tutmuşdur. Layihə başladığı vaxtdan bu günə kimi nəzərdə tutulan təlim proqramlarından və məsləhət xidmətindən birbaşa olaraq 2000-dən artıq region gənci yararlanmışdır. Təlim proqramlarında region gəncləri üçün iş tapmağın yolları, iş üçün müraciət qaydaları, müvafiq sənədlərin hazırlanması qaydaları, intervyularda iştirak və davranış qaydaları, ünsiyyət qurmaq bacarığı və s. mövzular tədris edilmişdir. Layihənin davamlılığının təmin edilməsi və eləcə də region gənclərinə mütəmadi olaraq dəstək vermək üçün İnformasiya təminatı və məlumat xidməti də yaradılmışdır. Qeyd edək ki, Bakı şəhərində yaranmasına baxmayaraq, xidmət layihəni əhatə edən regionlarda yerli nümayəndələr vasitəsilə həyata keçiriləcək. Xidmətin əsas işi region gənclərinin məşğulluq imkanlarının artırılması üçün informasiyaların onlara ötürülməsini təmin etmək, seminarlar təşkil etmək, yeni iş yerləri və iş elanları haqqında məlumat toplusu hazırlamaqdır. |