www.ecy-az.org | Press Relizlər > Mərkəz əməkdaşı beynəlxalq konfransda iştirak etmişdir

Mərkəz əməkdaşı beynəlxalq konfransda iştirak etmişdir


10 aprel 2010
8 aprel 2010-cu il tarixdə Alman Texniki Əməkdaşlıq Təşkilatının (GTZ) dəstəyi ilə Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Cənubi Qafqaz hüquq təhsili metodikası” adlı beynəlxalq konfrans keçirilmişdir.
Əsas məqsədi Cənubi Qafqazda hüquq təhsilinin inkişafına kömək etmək, mövcud problemlərin və onların həlli yollarının tapılmasına həsr olunmuş konfransda Gənclər üçün Təhsil Mərkəzinin kadr məsələləri və sənədləşdirmə bölməsinin rəhbəri Rasim Ağayev də iştirak etmişdir.
Konfransda əsasən Cənubi Qafqaz ölkələrinin ali məktəblərinin rəhbərləri, hüquq fakültəsinin müəllim və ekspertlər, eləcə də bir neçə yerli və beynəlxalq QHT nümayəndəsi iştirak etmişdir.