www.ecy-az.org | Press Relizlər > Parlaq Düşüncənin Gücü mövzusunda təqdimat
Parlaq Düşüncənin Gücü mövzusunda təqdimat25 mart 2010 |
|
Təqdimatın keçirilməsində əsas məqsəd düşüncəni dəyişməklə hansı yeni imkanların əldə edilməsi və yeniliklərin necə qəbul edilməsi barədə gənclərə psixoloji biliklər vermək idi. Mərkəzin əməkdaşı, gənc psixoloq Saqibə Əhmədova tərəfindən keçirilən təqdimat müxtəlif psixoloji mövzuları əhatə etmişdir. Belə ki, orada daxili səsimizi eşitməyi bacarırıqmı, seçdiyimiz sözlər həyatımıza nə dərəcə təsir edir, daxili nitqimizi nə dərəcədə dəyişə bilərik, həyatda bizə nəyin mane olduğunu necə bilək, özünə inamsızlıq nədən yaranır və s. mövzulara toxunulmuşdur. Qeyd edək ki, təqdimatlar silsilə formada davam edəcək və Mərkəz yaxın vaxtlarda gənclərin psixoloji inkişafı üçün digər proqramlar da həyata keçirəcək. |