www.ecy-az.org | Elanlar > ELAN - Almaniyada təhsil almaq imkanları mövzusunda seminar
ELAN - Almaniyada təhsil almaq imkanları mövzusunda seminar24 mart 2010 |
|
Əziz gənclər! Almaniya Federativ Respublikasında təhsil almaq imkanlarınızı genişləndirmək və bu imkanların əldə edilməsi üçün hansı addımların atılmasını öyrənmək istəyirsinizsə, Gənclər üçün Təhsil Mərkəzinin Almaniyada təhsil almaq imkanları mövzusunda seminarda iştirak edə bilərsiniz. Seminar 07 aprel 2010-cu il tarixdə Almaniyanın Kassel Universitetinin qlobal siyasi iqtisadiyyat üzrə magistri Sultan Zahidov tərəfindən keçiriləcək. Seminarda iştirak etmək üçün CV-nizi 02 aprel 2010-cu il, saat 17:00-dan gec olmayaraq aşağıdakı elektron poçt ünvanına və ya ofis ünvanına göndərin: E-mail: office@ecy-az.org Ünvan: Bakı şəhəri, AZ 1141, Ş.Mehdiyev 93, 9-cu mərtəbə Tel/faks: (+994 12) 434 22 03 Əlaqələndirici şəxs: Rasim Ağayev Qeyd: CV-lərinizi elektron poçt ünvanına göndərərkən Almaniyada tehsil-CV başlığını yazmağı unutmayın. |