www.ecy-az.org | Press Relizlər > Baltikyanı ölkələrin gənclər təşkilatları Mərkəzə səfər etmişdir
Baltikyanı ölkələrin gənclər təşkilatları Mərkəzə səfər etmişdir24 mart 2010 |
|
Əsas məqsədi Gənclər üçün Təhsil Mərkəzi ilə yaxından tanış olmaq, əməkdaşlıq perspektivlərini müzakirə etmək, eləcə də birgə beynəlxalq layihələr hazırlamaq olan səfər bu gün başa çatmışdır. Bu gün Gənclər üçün Təhsil Mərkəzində keçirilən yekun görüşdə Mərkəzin direktor müavini Elnur Axundov bildirmişdir ki, Baltikyanı ölkələrin gənclər təşkilatları ilə əməkdaşlıq Mərkəz üçün böyük əhəmiyyətə malikdir. Çünki həmin ölkələrin gənclər təşkilatlarının bilik və təcrübəsi, eləcə də onların Avropa Birliyinin gənclər proqramı ilə birbaşa çalışması Mərkəz üçün səmərəlidir. Səfərdə iştirak edən gənclər təşkilatları da Mərkəzin fəaliyyətindən məmnun olduqlarını, onun öz ölkələrindəki gənclər təşkilatlarından daha səmərəli işlər gördüyünü diqqətə çatdırmış və yaxın zamanlarda birgə proqramlar həyata keçirəcəklərini vurğulamışlar. |