www.ecy-az.org | Press Relizlər > Mərkəz Novruz Bayramını kimsəsiz insanlarla birgə qeyd etdi

Mərkəz Novruz Bayramını kimsəsiz insanlarla birgə qeyd etdi


20 mart 2010
Bu gün Gənclər üçün Təhsil Mərkəzi Novruz bayramını kimsəsiz uşaqlar və yaşlı insanlarla birgə qeyd etmişdir.
Bayram sevincini diqqətdən kənarda qalmış insanlarla birgə bölüşmək məqsədi daşıyan tədbirdə uşaqlara və yaşlı insanlara bayram hədiyyələri verilmiş, süfrə açılmış və mədəni-əyləncəli proqram təşkil edilmişdir.
Tədbirdə Mərkəzin rəhbərliyi ilə yanaşı, incəsənət ustaları və beynəlxalq təşkilatların nümayəndələri də iştirak etmişdir.