www.ecy-az.org | Press Relizlər > Türk tələbələri Vüsal Quliyevlə görüşdü

Türk tələbələri Vüsal Quliyevlə görüşdü


6 mart 2010
Bu gün Gənclər üçün Təhsil Mərkəzində Azərbaycanda təhsil alan bir qrup türk tələbə ilə Mərkəzin direktoru Vüsal Quliyev arasında görüş keçirilmişdir.
Əsas məqsədi iki qardaş ölkənin tələbələri arasında əməkdaşlıq imkanlarını müzakirə etmək olan görüşdə bir sıra məsələlər müzakirə edilmiş və qərarlar qəbul edilmişdir. Belə ki, türk tələbələr ictimai işlərdə fəallıq göstərmək niyyətində olduqlarını, lakin bunun üçün imkanların az olduğunu qeyd etmişlər.
V.Quliyev rəhbəri olduğu Mərkəzin, eləcə də digər müvafiq qurumların daima türk gənclərə və tələbələrə xüsusi diqqət ayırdığını, onlarla birgə işləmək marağında olduğunu, həmçinin bunun üçün zəruri imkanların mövcudluğunu bildirmişdir.
Sonda türk tələbələrə bu ilin aprel ayında yaranacaq Türk Toplum Könüllüləri Vakfının Azərbaycan nümayəndəliyinin işində fəal iştirak etmək və birgə çalışmaq təklif olundu. Tələbələr bütün təklifləri böyük məmnunluq hissi ilə qəbul etdilər və görüşə görə təşəkkürlərini bildirdilər.