www.ecy-az.org | Press Relizlər > Birinci Azərbaycan dili Məktəbi başa çatdı
Birinci Azərbaycan dili Məktəbi başa çatdı4 mart 2010 |
|
Ötən ilin sentyabr ayından başlayaraq Mərkəz bu kursların daha da səmərəli təşkil olunması məqsədilə Azərbaycan dili Məktəbi yaratmışdır. Məktəbin yaradılmasında əsas məqsəd ölkəmizdə təhsil alan, yaşayan və çalışan əcnəbilərin ana dilimizdə sərbəst danışmasına kömək etmək, dilimizin zənginliyini onlara çatdırmaq və Azərbaycanın milli dəyərlərini aşılamaqdır. Artıq 5 aydan çox davam edən birinci Azərbaycan dili Məktəbini bu gün 30 nəfər əcnəbi başa vurdu. Mərkəzin direktoru Vüsal Quliyev bildirdi ki, hazırda 5 aydan artıqdır davam edən kursları bitirən əcnəbilər azərbaycan dilində sərbəst danışır və bir-birlərini başa düşürlər. O, növbəti Məktəblə yanaşı, Azərbaycanın dilbər güşələrində əcnəbilər üçün ana dilimizin təbliğinə həsr olunmuş yay məktəblərinin də təşkil olunacağını qeyd etdi. Məktəbi bitirən əcnəbilər də zəngin mədəniyyətə və tarixə malik olan xalqın ana dilinin öyrənilməsini özlərinə şərəf bildiklərini və buna görə də azərbaycan dilini öyrənməyə həvəs göstərdiklərini qeyd etdilər. |