www.ecy-az.org | Press Relizlər > Avropanın nüfuzlu ali məktəbləri ilə əməkdaşlıq imkanları artır

Avropanın nüfuzlu ali məktəbləri ilə əməkdaşlıq imkanları artır


1 mart 2010
Almaniya, Fransa, İsveç, Finlandiya və Polşada fəaliyyət göstərən bir sıra nüfuzlu ali məktəblər Azərbaycanlı tələbələrin həmin ölkələrdə təhsil alması üçün yeni imkanlar yaratmağa başlamışdır. Belə ki, həmin ali məktəblər Azərbaycanda yerli QHT olan Gənclər üçün Təhsil Mərkəzinə birgə proqramların təşkili üçün müraciət etmişdir.
İlkin razılaşmalara əsasən Mərkəz növbəti tədris ili üçün ilk olaraq Almaniyada fəaliyyət göstərən Humanitar Elmlər üzrə Avropa Kolleci (ECLA) ilə birgə mübadilə proqramı təşkil edəcək.
Mərkəz cari ilin aprel və may aylarında proqramlar bağlı informasiya sessiyaları təşkil edəcək və proqramda Azərbaycan tələbələrinin işirakına kömək edəcək.
Qeyd edək ki, Avropa Kolleci 1999-cu ildə qeyri-kommersiya təşkilatı kimi Alman ziyalıları və sahibkarları tərəfindən humanitar təhsilə yönəlik kollec kimi yaradılmışdır. Kollecdə tələbələr fəlsəfə, ədəbiyyat, siyasi nəzəriyyə, incəsənət tarixi və s. humanitar fənlər üzrə öz ixtisaslarını davam etdirə bilirlər.