www.ecy-az.org | Press Relizlər > Xocalı faciəsi Avropa universitetlərində tanıdılır
Xocalı faciəsi Avropa universitetlərində tanıdılır19 fevral 2010 |
|
Mərasimin keçirilməsində əsas məqsəd Almaniyanın Kassel şəhərində təhsil alan tələbələrə, ziyalılara və yerli sakinlərə Xocalı faciəsi ilə əlaqədar həqiqətləri çatdırmaqdır. Mərasimdə Azərbaycanın Almaniyadakı Səfirliyinin nümayəndələri, Almaniya-Azərbaycan Forumunun başçısı Otto Hauzer, Cassel, Hötengem, Leyptsik, Marburg universitetlərinin müəllim və professor heyəti, Kassel Xristian Cəmiyyəti, Kassel Bələdiyyəsinin nümayəndələri, Hessen əyalətinin Sosial-Demokratlar Partiyasından olan millət vəkilləri, QHT-lər, KİV və tələbələr iştirak edəcəklər. Mərasimin keçirilməsində Gənclər üçün Təhsil Mərkəzinə Alman-Azərbaycan Dialoq Platformu və Almaniyadakı Türk Tələbələr Birliyi kömək edəcək. |