www.ecy-az.org | Press Relizlər > Gənclər üçün Təhsil Mərkəzinin onlayn qrupuna qoşulanları sayı sürətlə artır
Gənclər üçün Təhsil Mərkəzinin onlayn qrupuna qoşulanları sayı sürətlə artır19 fevral 2010 |
|
Gənclər üçün Təhsil Mərkəzinin yaratdığı və onun adı ilə birbaşa bağlı olan qrup isə Azərbaycanda ən böyük və davamlılığını qoruyan, onlayn məlumat və informasiya qrupudur. Hazırda qrupun 1500 üzvü var. Qrupun yaranmasının əsas məqsədi Mərkəzin fəaliyyəti və yenilikləri haqqında məlumatların əldə edilməsinə şərait yaratmaqdır. Qrupa qoşulan insanlar bu informasiyalarla yanaşı, digər yerli və xarici təlimlər, seminarlar və konfranslar haqqında, iş elanları, qrant və təhsil təqaüdlər, təhsil yenilikləri və s. haqqında da məlumatlar əldə edə bilirlər. Mərkəzin informasiya bölməsindən verilən məlumata əsasən Mərkəzin yaratdığı bu qrup gənclərin vaxt itkisinə yol vermədən yeniliklər və zəruri məlumatlar əldə etməsinə xeyli kömək edir. İnternetə çıxışı olan region gəncləri də bu qrupa böyük maraqla qoşula bilirlər. |