www.ecy-az.org | Press Relizlər > Region gənclərinin məşğulluq imkanları artırılması üçün informasiya təminatı və məlumat xidməti yaradılır
Region gənclərinin məşğulluq imkanları artırılması üçün informasiya təminatı və məlumat xidməti yaradılır12 fevral 2010 |
|
Əsas məqsədi məhz region gənclərinin işsizlik probleminin aradan qaldırılmasına, onların məşğulluq imkanlarının artırılmasına və genişləndirilməsinə kömək etmək olan layihə 10 regionda həyata keçirilir. Sabirabad, Saatlı, Kürdəmir, Ucar, Şirvan, Hacıqabul, İmişli, Beyləqan, Biləsuvar və Füzuli rayonlarını əhatə edən layihə əsasən bu regionlarda məşğulluq imkanları tamamilə zəif olan gənclərlə işləməyi nəzərdə tutub. Belə ki, layihə çərçivəsində həmin gənclər üçün müxtəlif təlim proqramlarının və məsləhət xidmətinin təşkili nəzərdə tutulub. Layihə başladığı vaxtdan günə kimi nəzərdə tutulan fəaliyyətlərlə birbaşa olaraq 1400 region gəncini əhatə edə bilib. Təlim proqramlarında region gəncləri üçün iş tapmağın yolları, iş üçün müraciət qaydaları, müvafiq sənədlərin hazırlanması qaydaları, intervyularda iştirak və davranış qaydaları, ünsiyyət qurmaq bacarığı və s. mövzular tədris edilir. Eyni zamanda təlim proqramları zamanı istifadə edilən zəruri bilgilər vahid ədəbiyyat halında tərtib edilərək, region gənclərinə paylanılır. Qeyd edək ki, layihə çərçivəsində yaxın günlərdə əlavə olaraq İnformasiya təminatı və məlumat xidməti də yaradılacaq və bununla da layihə benefisiantlarının fərdi qaydada məsləhət və informasiya almasına kömək ediləcək. |