www.ecy-az.org | Press Relizlər > “Work and Travel US” müsabiqəsinin qalibləri bəlli oldu

“Work and Travel US” müsabiqəsinin qalibləri bəlli oldu


5 fevral 2010
Dünən Gənclər üçün Təhsil Mərkəzinin “İnternational Exchange Center” MMC ilə birgə təşkil etdiyi “Work and Travel US Proqramı gənclərin gözü ilə” videorolik müsabiqəsinin nəticələrinin təqdimat mərasimi keçirilib.
1 ay öncə elan edilmiş müsabiqənin əsas məqsədi gənclərin “Work and Travel USA proqramı” haqqında məlumatlılığını artırmaq və onların bu proqramda iştirakını təşviq etməkdir.
Müsabiqəyə təqdim edilən 30-dan artıq video roliklər ekspertlər tərəfindən nəzərdən keçirildikdən sonra, onlardan ən yaxşı 3-ü dəyərləndirilib.
Keçirilən təqdimat mərasimində hər üç qalibə mükafat və diplom təqdim edilib. Beləliklə, 1-ci yerin qalibi ABŞ-da pulsuz olaraq Work and Travel US Proqramında iştirak etməyi, 2-ci yerin qalibi pulsuz olaraq xarici dil kursunda iştirak etməyi və 3-cü yerin qalibi xüsusi hədiyyə qazanıb.