www.ecy-az.org | Elanlar > ELAN - Təqdimata dəvət
ELAN - Təqdimata dəvət1 fevral 2010 |
|
Gənclər üçün Təhsil Mərkəzi Sizləri Ağ evin unudulmaz sakinləri adlı təqdimata dəvət edir. Təqdimatın keçirilməsində əsas məqsəd Amerika Birləşmiş Ştatlarının prezidentləri haqqında bilmədiyiniz məlumatları, qeyri-adi faktları, onların siyasi kurslarının maraqlı tərəfləri və müqayisəli xüsusiyyətləri ilə gəncləri yaxından tanış etməkdir. Təqdimat 6 fevral 2010-cu il, saat 12:30-da Gənclər üçün Təhsil Mərkəzinin baş ofisində Bakı Dövlət Universitetinin Amerikaşünaslıq fakültəsinin magistri Türkay Qasımlı tərəfindən aparılacaqdır. Təqdimatda iştirak etmək istəyənlər aşağıdakı göstərilən əlaqə vasitələrindən birinə bildirməklə, öz iştiraklarını təsdiq etdirməlidirlər. Əlaqə üçün: Ünvan: Bakı şəhəri, Ş.Mehdiyev 93, otaq 914-915. (Torpaq Komitəsinin yanı) Tel/faks: (+994 12) 434 22 03 E-mail: gunay@ecy-az.org Əlaqələndirici şəxs: Günay Sadıxova |