www.ecy-az.org | Press Relizlər > Toplum Könüllüləri Vakfının Azərbaycan nümayəndəliyi yaranır
Toplum Könüllüləri Vakfının Azərbaycan nümayəndəliyi yaranır1 fevral 2010 |
|
Əsas məqsədi Azərbaycanda qeyri-hökumət gənclər və tələbə təşkilatları ilə əməkdaşlıq etmək və Gənclər üçün Təhsil Mərkəzi ilə birgə proqramlar icra etmək olan səfər çərçivəsində dünən və bu gün bir neçə QHT ilə görüş keçirilmişdir. Bu gün Gənclər üçün Təhsil Mərkəzində başlayan görüşü giriş sözü ilə açan Mərkəzin təsisçisi Vüsal Quliyev Vakfın ölkəmizə dəvət edilməsində məqsədin gənclərdə və tələbələrdə könüllülük ideyalarının təşviq edilməsinə kömək etmək olduğunu bildirdi. O, Vakfın Azərbaycanda yaradılması istiqamətində artıq müzakirələr aparıldığını və bu günlərdə rəsmiləşdirəcəklərini qeyd etdi. Vakfın beynəlxalq əlaqələr departamentinin rəhbəri Evren Ergec də Azərbaycanda nümayəndəliklərinin yaranmasında maraqlı olduqlarını və 2 qardaş ölkənin gəncləri arasında əməkdaşlığı genişləndirməyi planlaşdırdıqlarını bildirdi. Görüş zamanı Mərkəzlə Vakfın yaxın aylarda birgə beynəlxalq layihələr həyata keçirməsi və digər məsələlər müzakirə olunmuşdur. |